Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxs hakim qarşısında
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Müdafiə tərəfi onun barəsində seçilmis həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təqdim etsə də, məhkəmə əsas olmadığından təmin etməyib.
Cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin baxış iclası iyulun 30-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilənə qarşı DTX tərəfindən AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun əvvəllər hüquq-mühafizə orqanlarında çalışması məlumdur.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 17 İyul 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















