Icma.az
close
up
RU
Sentyabrda bu ərzaqlar bahalaşa bilər SİYAHI KONKRET

Sentyabrda bu ərzaqlar bahalaşa bilər SİYAHI KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Ərzaq bazarında qiymət artımı yenidən gündəmdədir. Mövsüm dəyişikliyi ilə bəzi məhsulların bazara çıxışında və tədarükündə yaranan dəyişikliklər, idxal xərcləri və istehsal maya dəyərinin artması qiymətlərə təsir edən əsas amillər sırasında göstərilir.

Bəs sentyabrda hansı ərzaqların qiyməti arta bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, ərzaq bazarında qiymət artımını hər dəfə mövsümi amillərlə izah etmək doğru deyil:

“Sentyabr ayında kartof, soğan, meyvə-tərəvəz, süd məhsulları, ət, un və un məmulatlarının qiymətində artım ola bilər. Mövsüm dəyişikliyi ilə bəzi məhsulların yerli təklifi azalır və idxala ehtiyac artır.

Yanacaq, gübrə, enerji, su və logistika xərclərinin artması məhsulun maya dəyərinə təsir göstərə bilər. Lakin maya dəyərinin 10 faiz artdığı halda pərakəndə qiymətin 20-30 faiz yüksəlməsi avtomatik şəkildə əsaslandırıla bilməz. Dövlət yalnız qiymət artımını müşahidə etməməli, bahalaşmanın hansı mərhələdə və hansı səbəbdən yarandığını müəyyənləşdirməlidir”.

Asif İbrahimovun sözlərinə görə, fermer məhsulunu aşağı qiymətə satır, istehlakçı isə həmin məhsulu dəfələrlə baha alırsa, burada qiymət zəncirinin şəffaflığı məsələsi ortaya çıxır:

“Məhsulun tarladan mağazaya qədər keçdiyi bütün mərhələlərdə yaranan xərc və marjalar müəyyən edilməlidir. Fermerin də, istehlakçının da uduzduğu, vasitəçilik zəncirinin isə böyüdüyü sistem sağlam bazar hesab oluna bilməz.

Dövlət hansı məhsul üzrə nə qədər idxala ehtiyac yaranacağını əvvəlcədən hesablamalı, daxili istehsalı planlaşdırmalı, saxlama imkanlarını genişləndirməli və strateji ehtiyatlar formalaşdırmalıdır”.

İqtisadçı hesab edir ki, problemin kökündə daha fundamental məsələ – iqtisadiyyatın idxal və istehlakdan yüksək asılılığı dayanır:

“Yüksək məhsuldarlıq, yerli emal və rəqabətli istehsal təmin edilmədikcə xarici bazarlardakı dəyişikliklərin ərzaq qiymətlərinə təsiri yüksək olacaq. Dövlət yalnız subsidiya ayırmaqla kifayətlənməməli, bu vəsaitin hansı nəticəni yaratdığını da tələb etməlidir. Subsidiyalar məhsulun həcminə deyil, məhsuldarlığa, texnologiyaya, suya qənaətə, emala və ixrac imkanlarına bağlanmalıdır. Hər bir strateji ərzaq məhsulu üzrə 12 aylıq tələb-təklif balansı hazırlanmalı, istehsal, istehlak, idxal, anbar ehtiyatları və qiymətlər vahid rəqəmsal platformada izlənilməlidir. Aidiyyəti qurumların məlumatları bir sistemdə birləşdirilməli, ehtiyatlar kritik həddə yaxınlaşdıqda qabaqlayıcı tədbirlər görülməlidir.

Fermerlərin bazarda daha güclü mövqeyə malik olması üçün kooperasiyaların inkişaf etdirilməsi, supermarket və emal müəssisələri ilə birbaşa müqaviləli satış imkanlarının genişləndirilməsi vacibdir. Regionlarda soyuducu anbar, çeşidləmə, qablaşdırma və emal infrastrukturu yaradılmalıdır. Fermer məhsulu yığım vaxtı ucuz satır, bir neçə ay sonra isə həmin məhsul istehlakçıya baha təklif olunursa, problemin səbəbi təkcə istehsalçıda deyil, bazar infrastrukturundadır”.

İqtisadçı aqrar kreditləşmədə də yanaşmanın dəyişdirilməli olduğunu bildirib:

“Kreditlərin müddəti real istehsal dövrünə uyğunlaşdırılmalı, güzəştli maliyyələşmə məhsuldarlığı artıran texnologiyalara, suya qənaət edən sistemlərə, müasir avadanlıqlara və emala yönəldilməlidir. Dövlət tərəfindən verilən subsidiya və kreditlərin nəticəsi ölçülməli, effektiv olmayan mexanizmlər dəyişdirilməlidir. Qiymət zəncirinin rəqəmsal monitorinqi də vacibdir. Fermerdən marketə qədər məhsulun qiyməti izlənilməli, istehsalçı, topdansatış, logistika və pərakəndə qiymətlər müqayisə edilməlidir”.

Asif İbrahimov hesab edir ki, dövlət öz fəaliyyətini konkret nəticələrlə ölçməlidir:

“Qarşıdakı illər üçün idxaldan asılılığın nə qədər azalacağı, məhsuldarlığın və fermer gəlirlərinin nə qədər artacağı, məhsul itkilərinin və istehsalçı ilə istehlakçı qiyməti arasındakı fərqin nə qədər azalacağı əvvəlcədən müəyyənləşdirilməlidir. Əks halda sentyabrda “mövsümdür”, oktyabrda “logistikadır”, noyabrda “idxaldır”, dekabrda isə “dünya bazarıdır” deyə-deyə eyni problemi izah etməyə çalışacağıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Sentyabr 2026 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri