SEPAH ABŞ nin dörd hərbi bazasına qanadlı raket zərbələri endirdiyini iddia edib
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədə yerləşən ABŞ-yə məxsus dörd hərbi bazaya eyni vaxtda raket zərbələri endirildiyini açıqlayıb.
Oxu.Az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH qərargahının yaydığı press-relizdə bildirilib.
Məlumata görə, zərbələr Küveytdə yerləşən "Əli əs-Səlim" və "Əl-Ədiri" aviabazalarına, BƏƏ-dəki "Əd-Dafra" bazasına və Bəhreyndəki "Şeyx-İsa" hərbi bazasına endirilib. Hücum zamanı zərbə pilotsuz uçuş aparatlarından, müxtəlif tipli ballistik raketlərdən və təkmilləşdirilmiş döyüş başlıqları ilə təchiz olunmuş qanadlı raketlərdən istifadə edildiyi bildirilib.
Press-relizdə həmçinin iddia olunur ki, son günlər ərzində İran silahlı qüvvələri ABŞ hərbi bazalarındakı strateji radarların və digər mühüm obyektlərin 80 faizdən çoxunu məhv edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 16 Mart 2026 00:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















