SEPAH ABŞ ın İordaniyadakı hərbi bazasına zərbə endirdiyini iddia edib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İordaniyadakı Şahzadə Həsən Hərbi Hava Bazasına ballistik raketlərlə zərbə endirdiyini açıqlayıb.
Tasnim xəbər verir ki, SEPAH-ın bəyanatına görə, hücum nəticəsində bazanın komanda-idarəetmə mərkəzi və ABŞ-ın MQ-9 pilotsuz uçuş aparatlarının saxlandığı anqarlar məhv edilib. Bildirilib ki, əməliyyat ABŞ-ın İranın cənubundakı hərbi obyektlərə endirdiyi son zərbələrə cavab olaraq həyata keçirilib.
SEPAH bəyan edib ki, ABŞ tərəfindən yeni hücumlar olacağı təqdirdə daha sərt cavab veriləcək. ABŞ və ya İordaniya tərəfi isə hələlik bu iddialarla bağlı rəsmi açıqlama yaymayıb.
Bu mövzuda digər xəbərlər:İran ABŞ ın İordaniyadakı hərbi bazasına zərbə endirdiyini açıqlayıb
30 İyul 2026 16:47
SEPAH ABŞ ın İordaniyadakı bazasında 4 mühüm hədəfə raket zərbəsi endirdiyini bildirib
10 İyun 2026 11:08
SEPAH İordaniyadakı ABŞ hərbi təyyarələrinə ballistik raketlərlə zərbə endirib
20 İyul 2026 07:35
İran İordaniyadakı ABŞ hərbi bazasına zərbələr endirib
31 Avqust 2026 03:08
SEPAH ABŞ ın Bəhreyn, Küveyt və İordaniyadakı bazalarını vurdu
15 İyul 2026 08:11
Baxış sayı:152
Bu xəbər 12 İyul 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















