SEPAH ABŞ yə ultimatum verdi
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın bəyanatlarına cavab olaraq Vaşinqtonun çıxılmaz vəziyyətdə olduğunu iddia edib.
"Unikal" xəbər verir ki, bu barədə SEPAH-ın Kəşfiyyat Qurumu "X" sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, Tramp "qeyri-mümkün əməliyyat" ilə "pis razılaşma" arasında seçim etmək məcburiyyətində qalıb. Açıqlamada mövcud vəziyyəti xarakterizə edən dörd əsas amil sadalanıb: İranın mühasirəyə qarşı Pentaqona verdiyi ultimatum, Çin, Rusiya və Avropanın Vaşinqtona qarşı ritorikasının dəyişməsi, Trampın Konqresə göndərdiyi və "passiv məzmunlu" kimi qiymətləndirilən məktub, həmçinin İranın irəli sürdüyü müzakirə şərtlərinin qəbul edilməsi.
SEPAH-ın bəyanatında qeyd olunur ki, bütün bu proseslər tək bir məna kəsb edir: "Tramp ya reallaşdırılması qeyri-mümkün olan hərbi əməliyyata başlamalı, ya da İranla "pis" hesab olunan razılaşmaya imza atmalıdır".
Açıqlamanın sonunda ABŞ administrasiyasının qərarvermə imkanlarının ciddi şəkildə məhdudlaşdığı vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 03 May 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















