İran ABŞ a ultimatum verdi?
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran Pakistanın Quru Qoşunlarının komandanı, feldmarşal Asim Munirə Hörmüz boğazı ətrafında yaranmış vəziyyətlə bağlı mövqeyini və şərtlərini açıq şəkildə çatdırıb.
Bu barədə Tasnim məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Mənbənin sözlərinə görə, İran tərəfi xüsusilə ABŞ-ın “İslamabad Memorandumu”nun müddəalarına qayıtmasını tələb edib.
Məlumata görə, Asim Munir əvvəlki gün İrana səfər edib. Lakin İranın danışıqlar qrupuna yaxın mənbə bəzi KİV-lərin yaydığı məlumatların əksinə olaraq, Pakistanlı komandanın ABŞ-dan İrana hər hansı təhdid və ya oxşar mesaj gətirmədiyini bildirib.
Əksinə, Munirin məqsədinin danışıqlar üçün imkanları genişləndirmək və İranın mövqeyi ilə şərtlərini ABŞ tərəfinə çatdırmaq olduğu qeyd edilib.
Mənbənin bildirdiyinə görə, Munirlə görüşlər zamanı İran nümayəndələri Tehranın tələblərini Pakistan tərəfinə ətraflı şəkildə açıqlayıblar.
İranın əsas şərtlərindən biri kimi ABŞ-ın İslamabad Memorandumuna qayıtması və onun müddəalarını yerinə yetirməsi göstərilib. Burada sənədin İranın Hörmüz boğazı ilə bağlı razılaşmalarını əhatə edən 5-ci bəndinə xüsusi diqqət çəkilib.
Mənbə bildirib ki, Pakistan tərəfi İranın bu şərtlərini ABŞ rəsmilərinə çatdırmaq niyyətindədir.
Beləliklə, Pakistanın İran və ABŞ arasında Hörmüz boğazı ilə bağlı danışıqlarda vasitəçilik rolunu artırmağa çalışdığı görünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 25 Avqust 2026 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















