SEPAH cavab zərbəsində çox sayda ABŞ əsgərin məhv edildiyini AÇIQLADI
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İordaniyada, Akaba körfəzi sahilində yerləşən ABŞ hərbi bazasına endirdiyi zərbə nəticəsində çox sayda amerikalı hərbi qulluqçu həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
İran tərəfinin məlumatına əsasən, SEPAH-ın Aerokosmik Qüvvələri ABŞ dəniz piyadalarının "Kemp-Tibtin" bazasına ağır ballistik raketlərlə zərbələr endirib. Bu hücum Tehranın "Təcavüzkarın cəzalandırılması" adlandırdığı əməliyyatın ikinci dalğası olub və İranın cənubunda toy mərasiminə endirilən Amerika zərbəsinə cavab xarakteri daşıyıb.
SEPAH iddia edir ki, zərbə nəticəsində bazadakı bir neçə mühüm obyekt və zərbə helikopterləri də məhv edilib.
SEPAH bildirilib ki, bu əməliyyat ABŞ-nin Hörmüzqan əyalətinin Sirik şəhərində toy mərasiminin keçirildiyi yaşayış evinə etdiyi hücuma cavabdır. İran tərəfinin bəyanatına görə, Amerikanın həmin hücumu nəticəsində aralarında bir uşaq da olmaqla, 50-yə yaxın insan həlak olub və yaralanıb.
SEPAH-ın bəyanatında qeyd olunur ki, ABŞ-nin bu addımı vaxtilə Minabdakı məktəbə və Lamerddəki idman zalına edilən zərbələrin vəhşiliyini yenidən canlandırıb.
SEPAH Amerika silahlı qüvvələrini məğlubiyyətə uğramış tərəf adlandırıb və onların İran qüvvələrinə birbaşa müqavimət göstərmək iqtidarında olmadığını iddia edib. Korpus rəhbərliyi cavab əməliyyatlarının davam etdiyini vurğulayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 02 Sentyabr 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















