SEPAH İranla münaqişədə ABŞ nin itkilərini AÇIQLADI
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi son günlərdə ABŞ-ın İranla qarşıdurmada xeyli sayda qırıcı və təyyarə itirdiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nəqdi qeyd edib ki, ABŞ tərəfi İranla qarşıdurma zamanı öz dronlarının 25 faizini itirdiyini açıqlayıb.
“Onlar özləri deyirlər ki, "MQ dronlarımızın 25 faizini itirdik". Bu da hava hücumundan müdafiə sistemlərinə qarşı heç nə edə bilmədikləri deməkdir. Başqa sözlə, onların bütün məqsədləri uğursuz oldu. Bilmirəm, hansı qələbədən danışırlar”, - deyə SEPAH müşaviri bildirib.
Nəqdi həmçinin ABŞ-nin İranda iki əsas məqsədinin hökuməti devirmək və ölkəni bölmək olduğunu iddia edib. O, hər iki məqsədin uğursuz olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın İranla münasibətlərdə taktikanı dəyişdirmək qərarına gəldiyi və administrasiya rəsmilərinə danışıqları dayandırmağı tapşırdığı barədə məlumat yayılıb.
Bildirilib ki, Vaşinqton müttəfiqlərinə yeni strategiya həyata keçirəcəyini açıqlayıb. Buna əsasən, ABŞ-nin İranı hərbi yolla məğlub etmək əvəzinə, ölkəyə qarşı təzyiqləri tədricən artırmağı planlaşdırdığı iddia olunur.
Həmçinin Trampın danışıqlar qrupuna Tehranla əlaqə saxlamamaq barədə göstəriş verdiyi bildirilib.
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:100
Bu xəbər 19 Avqust 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















