SEPAH komandirindən MÜRACİƏT
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) koordinator müavini, briqada generalı Məhəmməd Rza Naqdi Fələstindəki vəziyyətlə bağlı videomüraciət yayımlayıb.
"Cebheinfo.az" xəbər verir ki, o, çıxışında Qəzza zolağı və İordan çayının qərb sahilindəki fələstinli gənclərə səslənib və onların uzun illər davam edən mübarizəsinin “məhsul verdiyini” bildirib.
Naqdi müraciətində bildirib:
“Qəhrəman Fələstin xalqı, mübarizə meydanında olan kişilər və qadınlar, Qəzzanın qürurlu xalqı və İordan çayının qərb sahilindəki döyüşçülər, sizi təbrik edirəm. 76 illik cihadınız indi bəhrəsini verir”.
O, çıxışında İran Silahlı Qüvvələrinin İsrailə qarşı cavab tədbirlərinə də toxunub və qeyd edib ki, uzun illər fələstinliləri bombalayan və torpaqlarını zəbt edənlər indi sığınacaqlara çəkiliblər.
Naqdi fələstinli gəncləri “qəzəblərini saxlayaraq əsas mövqelərdə dayandıqları üçün” tərifləyib və əlavə edib:
“Həlledici gün və tarixi missiyanızın yerinə yetiriləcəyi an artıq yaxındadır. Biz hamımız birlikdə olacağıq. O gün Qüdsə doğru hərəkət edəcəyimiz gün olacaq”.
Qeyd edək ki, generalın bu bəyanatı Yaxın Şərqdə gərginliyin getdikcə artdığı və İsrail ilə İran arasında qarşılıqlı ittihamların intensivləşdiyi bir dövrdə səslənib.
Səbinə Uğur
"Cebheinfo.az"
Baxış sayı:100
Bu xəbər 20 İyun 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















