SEPAH terror təşkilatı elan edildi
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avstraliya hökuməti uzun müddət ölkənin müxtəlif qurumları ilə aparılan müzakirələrdən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “dövlət terrorizmi” siyahısına daxil edib.
Gununsesi.info xəbər verir ki, SEPAH-ın 2024-cü ildə Avstraliyada yəhudi icmasına qarşı hücumların planlaşdırılmasından məsuliyyət daşıdığı bildirilib.
Avstraliya hökuməti vurğulayıb ki, SEPAH Cinayət Məcəlləsinə dəyişiklik (terrorizmi dəstəkləyən dövlətlər) qanununa əsasən terror təşkilatları siyahısına əlavə olunub. Bu, Kanberranın yeni çərçivədən istifadə edərək bir xarici bir təşkilatı “dövlət terrorizmi” siyahısına daxil etdiyi ilk haldır.
Avstraliya hökuməti sentyabrda Tehranın ən azı iki antisemit hücumda rolunun sübuta yetirilməsindən sonra İran səfirinin ölkədən çıxarıldığı, Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyətinin dayandırıldığı və SEPAH-ın terror təşkilatları siyahısına salınacağını planlaşdırdıqlarını bəyan etmişdi.
Yeni qanuna görə, terrorizmi dəstəkləyən dövlətlərlə hər cür əməkdaşlıq, təmas, cəlbetmə, təlim keçmə, maliyyə yardımı göstərmə və ya onlardan vəsait almaq cinayət hesab olunur və 25 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 27 Noyabr 2025 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















