Icma.az
close
up
RU
Separatçılar əl çəkmir Xankəndiyə qayıdış...

Separatçılar əl çəkmir Xankəndiyə qayıdış...

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qarabağdan könüllü getmiş ermənilərin İrəvanda son çırpıntıları - Bakıdan mövqe

Qarabağdan könüllü getmiş ermənilərin bir qrupu oktyabrın 9-da Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirib. “Yeni Müsavat” xəbər verir ki, aksiya iştirakçılarından biri Qarabağa qayıdışdan danışıb. “Artsax ermənilərinin geri qayıtmaq hüququnu şübhə altına alan şəxs erməni xalqının birinci düşmənidir. Biz Artsaxın qayıtması məsələsinin sual altına alınmasına imkan verməyəcəyik”, - deyə etirazçı boşboğazlıq edib.

Onun sözlərinə görə, “artsax” həmişə erməninin olub və olacaq: ”Bu gün və sabah bizim qayıtmaq imkanımız olmaya bilər, lakin bu, heç kimə qayıtma məsələsini şübhə altına almağa əsas vermir. İstər hakimiyyət, istərsə də müxalifət üçün, hər kəs üçün artsax məsələsi arxa plana keçib. Artsax məsələsi olmasa, heç biriniz qalib gələ bilməyəcəksiniz", - aksiya iştirakçısı bildirib.

“Ermənilərin Qarabağa qayıdışının real olduğunu düşünmürəm. Bu, çox riskli məsələdir”. Bunu isə sentyabrın 30-da Ermənistanın Baş naziri Nikol Paşinyan AŞ PA-da çıxışı zamanı bildirib. O deyib: “İnsanlar tez-tez məndən ermənilərin Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşurlar. Düzünü desəm, mən bunun real olduğunu düşünmürəm. Eyni zamanda, mən bu məsələni sülh prosesi üçün təhlükəli hesab edirəm”.

Paşinyanın sözlərinə görə, Qarabağdan gələn ermənilər Ermənistanda qalmalıdırlar və artıq onların mənzillərlə təmin edilməsi proqramına başlanılıb.


Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirib ki, Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıdışı artıq mümkün deyil: “Həmin ermənilərin təxminən yarısı əvvəldən Ermənistan vətəndaşları idi, içərilərində Rusiya vətəndaşı olanlar da var idi. Onların Azərbaycanın ərazisi olan Qarabağda yaşamaları razılığımız olmadan baş vermişdi və qanun pozuntusu idi. Təbii ki, həmin ermənilərin heç zaman Qarabağa qayıdışı mümkün deyil. Eləcə də SSRİ zamanında Azərbaycan vətəndaşı olmuş Qarabağda yaşayan ermənilərin bundan sonra geri qayıtması mümkün ola bilməz. Əvvəla, həmin ermənilərə Azərbaycan dövləti köçməmək və Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edib yaşamaları üçün dəfələrlə çağırış etdi. Lakin onlar qəbul etmədilər və köçüb getdilər. İkincisi, artıq həmin ermənilərə Ermənistan vətəndaşlığı verilib. Hökumətin qərarı var ki, Qarabağdan köçmüş hər kəsə Ermənistan pasportları verilsin. Bu proses davam etdirilir. Azərbaycan qanunları ikili vətəndaşlığı qəbul etmir. Hətta sabah hansısa erməni qalxıb desə ki, Azərbaycan vətəndaşlığını qəbul edib qayıdıb Qarabağda yaşamaq istəyir, Ermənistan vətəndaşı olması onun bu istəyinin reallaşmasına imkan verməyəcək. Baş Nikol Paşinyan reallığı nəzərə alır və gələcəkdə problemlər meydana gəlməməsi üçün Qarabağdan köçmüş ermənilərə Ermənistan vətəndaşlığı verir. Bununla da Paşinyan çox düzgün olaraq həmin ermənilərin Qarabağa qayıdışının mümkün olmadığını qanuniləşdirir. Erməni revanşist qruplara bağlı olan bəzi ermənilər isə qondarma aksiyalar keçirib mənasız hay-küy salırlar. Onların aksiyaların cüzi sayda insan qatılır. Bu da onu göstərir ki, ermənilər əslində Qarabağa qayıtmaq istəmirlər”.

Ekspert deyib ki, İrəvanda aksiya keçirən kiçik qrup Paşinyana qarşı düşmən mövqedə olan revanşistlərin əlaltılarıdır: “Nikol Paşinyan sentyabrın 30-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında çıxışı zamanı diqqətçəkən bəyanatla çıxış edib. O, Qarabağdan könüllü şəkildə köçmüş və Azərbaycan vətəndaşlığını qəbul etməmiş ermənilərin gələcəyinin artıq yalnız Ermənistan və Ermənistan vətəndaşlığı ilə bağlı olduğunu bildirməklə məsələyə nöqtə qoyub. Paşinyanın bu mövqeyi, xüsusilə də AŞPA-da və digər beynəlxalq dairələrdə ermənilərin Qarabağa qayıdışı ilə bağlı çağırışlar edən deputatlar və lobbi qrupları üçün də gözlənilməz olub. Bir sıra Avropa ölkələrində erməni lobbisinin təsiri altında olan siyasətçilər bu məsələni gündəmdə saxlamağa çalışır, müxtəlif platformalarda bu istiqamətdə tədbirlər təşkil edirlər. ABŞ Konqresində də oxşar çağırışlar səsləndirilir. Amma dediyimiz kimi, Azərbaycan dövləti vaxtında ermənilərə bu təklifləri versə də, ermənilər Azərbaycan vətəndaşı olmaqdan imtina etdilər və Qarabağı tərk etdilər. Hesab edirəm ki, indiki halda və yaxud gələcəkdə ermənilərin Qarabağa qayıdışı mümkün deyil. Bu məsələ bitib artıq”.

Politoloqun sözlərinə görə, Paşinyan anlayır ki, Azərbaycan qanunlarını və suverenliyini qəbul etməyən şəxslərin Qarabağa qaytarılması çağırışları sülh prosesinə ciddi zərər vura bilər: “O, çıxışında açıq şəkildə bildirib ki, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birini ”rahat buraxmalı" və diqqəti iqtisadi əməkdaşlığa və dialoqa yönəltməlidirlər. Paşinyanın bu yanaşmasının arxasında daha bir strateji düşüncə də dayanır: o hesab edir ki, əgər ermənilər Qarabağa qayıtmırsa, o zaman azərbaycanlıların da vaxtilə yaşadıqları Qərbi Zəngəzura qayıtmaq tələbləri gündəmə gətirilməməlidir. Bu, onun üçün qarşılıqlı balans siyasətidir. Amma reallıq başqadır. Ermənilər Qarabağa qayıtmaq istəməsə də, azərbaycanlılar Qərbi Azərbaycana qayıtmaqda israrlıdırlar və qayıdacaqlar. Ermənilər anlayırlar ki, geri dönüş yalnız Azərbaycan qanunları və vətəndaşlığı əsasında mümkündür. Bu şərtləri də qəbul etmədikləri üçün qayıdış imkansız görünür".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Oktyabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri