Icma.az
close
up
RU
Menu

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

İran fitnəsindən əl çəkmir

İran fitnəsindən əl çəkmir

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Kubra Məhərrəmova yazır...

Hər zaman islam dini adı altında Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı mümkün olan, ağlagələn və gəlməyən hər cür şərəfsizliyi edən İran dövləti bu gün öz rekordunu təzələdi.

Azərbaycan müstəqilliyini qanı ilə qazanan gündən İranın qarnına elə bir ağrı düşüb ki, düz 35 ildir əlinə keçən qara-quranı atsa da, ağrıları kəsilmir ki, kəsilmir. Xüsusən də II Qarabağ müharibəsindən sonra rəsmi Bakının əldə etdiyi mütləq qalibiyyət İranın kabusuna çevrilib.

Hər keçən gün baxır Bakıya - qanı qaralır, təzyiqi qalxır, ürəyi partlayır. Başlayır Arazın o tayından Bakıya barmaq silkələməyə. İtlərini hürdürür, sonra da deyir ki, "bu, İran dövlətinin rəsmi mövqeyi deyil".

İrana görə, göydən daş da yağsa, günahkar Azərbaycan olacaq.

Bir haşiyə çıxım. Artıq neçə ildir ki, İranda quraqlıq baş alıb gedir. Xalq da İran hökumətindən su tələb edən kimi, mollalar deyirlər ki, "Azərbaycan buludları qoymur İran tərəfə keçsin, ona görə də quraqlıqdır".

Gör, indi Azərbaycan necə qüdrətlidir ki, buludları belə istədiyi tərəfə qova, yönəldə bilir.

Buludların istiqaməti ilə bağlı fikirləri mücərrəd olsa da, Bakı siyasi mövqeyini istədiyi istiqamətə yönəldə, mümkün olmayanı belə reallaşdıra bilir.

Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında razılaşmalar əldə olunan kimi, İranın bütün KİV-i məhz Bakıya qarşı hücuma keçdi. Azərbaycan və azərbaycanlılar oldu bir nömrəli düşmən. Ermənistan qaldı bir kənarda.

İranın Ali Rəhbəri Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti açıq təhdid mətni ilə danışdı: "İran ya Rusiya ilə, ya da təkbaşına Zəngəzur dəhlizinə mane olacaq".

Ardınca İran parlamentinin sədr müavini Əli Nikzad ağzı köpüklü Zəngəzur dəhlizini tənqid edərək bildirdi ki, "bu dəhliz sülh üçün deyil, müharibə üçün nəzərdə tutulub".

Daha sonra İranın Ermənistandakı sabiq səfiri Əli Səqqaiyan sinəsinə vurdu: "İran hücuma hazırdır: qoşunlarımız Zəngəzura girəcək. Qafqaz İranındır".

Bu siyahını səhərə kimi uzatmaq olar.

Bütün bu fikirlər isə İranın Azərbaycana qarşı düşmən mövqeyində olmasının bariz nümunəsidir. Çadralanmamış, gizlədilməmiş.

Əvvəla ondan başlayaq ki, İranın hərbi gücünü, hücumunu da gördük. 12 günlük İsrail-İran qarşıdurmasında İranda general, SEPAH-da can qalmadı. İsrail hər birini yatağında məhv elədi.

Xameneini də gördüm deyən olmadı. Dedilər elə yerdə gizlənib ki, nə telefonu, nə də ağzı söz tutur. Sonra arsız-arsız çıxıb dedi ki, bəs İsrail və ABŞ bizə yalvardı, biz də döyüşü dayandırdıq. Əcəba, döyüşü İran tərəfi dayandırıbsa, necə oldu ki, İranın səmasında Davud ulduzlu qırıcılar gecə-gündüz var-gəl elədi. İran heç sapand daşı da ata bilmədi onlara.

İkincisi, Qafqaz bu torpaqlarda yaşayan xalqlara məxsusdur. Qafqaz xalqları dil və din baxımından fərqli olsalar da, onları birləşdirən dəyərlər var. Bunu isə heç bir molla dərk edə bilməz.

Üçüncüsü isə, Zəngəzur dəhlizi artıq kağız üzərindən torpağa keçir. İranın köməyə çağırdığı Rusiyanın Prezidenti Putin demişkən: "xoşuna gəlsə də, gəlməsə də, dözməlisən, gözəlim". İndi İran istəsə də, istəməsə də, bu yol var və olacaq.

Di gəl ki, İran fitnəsindən qala bilmir.

İran Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannaməyə etiraz olaraq, Naxçıvandan Bakıya yük daşıyan sürücülərə təzyiqləri artırıb.

İran tərəfi Naxçıvandan yola düşən sürücülərə zülm verib, günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində gözlədirlər. Mümkün olan bütün mənəvi təzyiqə məruz qoyurlar. Onları təxribata sürükləyirlər ki, nəsə bir münaqişə yaransın. Sonra da çığır-bağır salsınlar ki, azərbaycanlılar qanuna tabe olmur.

Sürücülər deyirlər ki, "burada nə yemək var, nə də su. Bir şey almaq üçün kilometrlərlə yolu piyada getmək lazımdır. Burada heç tualet də yoxdur. Bizimlə heyvan kimi davranırlar".

Sürücülər vurğulayıblar ki, İran rəsmiləri onlara: "Xoşunuza gəlmirsə, gedin "Tramp marşrutu"ndan istifadə edin", - deyirlər.

Əlbəttə, tezliklə, ən qısa zaman ərzində "Tramp marşrutu" açılacaq və azərbaycanlı sürücülər rahatlıqla istədikləri kimi yol gedəcəklər. Amma İran hər bir azərbaycanlının xatirində xain düşmən kimi qalacaq.

Qarabağın daş-divarını, evini-darvazasını oğurlayıb aparan İran kimi. Erməniyə silah-sursat və yanacaq verən İran kimi. Azərbaycanın haqq savaşında ona xəyanət edən İran kimi. Ermənistanın sərhədinə "İranın qırmızı xətti" deyən İran kimi.

İranın bugünkü hökuməti hər nə qədər çalışsa da, Azərbaycana heç nə edə bilməyəcək.

Ən azı son günlər bunun sübutu İranın ali rəhbərinin fotosunun divarları deyil, zibil qutularını bəzəməsidir.

Bu dünya kimləri yola salmayıb ki? Tarix isə hər şeyi layiq olduğu yerə qoyur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Avqust 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see738

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see533

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see523

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see517

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see437

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see329

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri