Şərab idxalına yeni gömrük rüsumu artırıldı
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
Gununsesi.info xəbər verir ki, ölkəyə idxal ediləm şərab üçün idxal gömrük rüsumu 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 3,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək.
Hazırda ölkəyə idxal edilən şərabların 1 litri üçün 1,4 ABŞ dolları alınır.
Spirtin faktiki qatılığı 18 həcm % və ya daha az olan şərablar üçün də dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 2,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək. Hazırda ölkəyə idxal edilən spirtin faktiki qatılığı 18 həcm % və ya daha az olan şərablar 1 litri üçün 1 ABŞ dolları alınır.
Hazırda idxal gömrük rüsumu tətbiq edilməyən qıcqırma prosesində olan və ya qıcqırması spirtin əlavə edilməsindən fərqli üsulla dayandırılmış şərablar üçün də 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 3,0 ABŞ dollarından az olmamaqla gömrük rüsumu tətbiq ediləcək.
Hazırda 20°C temperaturda sıxlığı 1,33 q/sm3 və ya daha az olan və tərkibində spirtin faktiki qatılığı 1 həcm %-dən çox olmayan qatılaşdırılmış şərablar üçün 15 faiz idxal gömrük rüsumu qüvvədədir.
Dəyişikliyə əsasən, bu şərablar üçün də 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 3,0 ABŞ dollarından az olmamaqla gömrük rüsumu tətbiq ediləcək.
Bu Qərar dərc edildiyi gündən 90 (doxsan) gün sonra qüvvəyə minir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 09 Sentyabr 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















