Siqaretin gömrük rüsumu artırıldı KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda bəzi idxal məhsulları üzrə tətbiq olunan gömrük rüsumlarının dərəcələrinə yenidən baxılıb. Baş nazir Əli Əsədovun imzaladığı yeni sənədlə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası və rüsum cədvəllərində dəyişiklik edilib.
KONKRET.az xəbər verir ki, yenilənmiş qaydalar 2030-cu ilin sonuna qədər qüvvədə qalacaq. Dəyişikliklər həm lüks qida seqmentinə, həm də tütün və tekstil bazarına təsir göstərəcək.
Yeni tariflərə əsasən ölkəyə gətirilən nərə balığı kürüsü üçün 15 faiz həcmində rüsum müəyyənləşib. Lakin bu məbləğ hər kiloqram üçün 200 ABŞ dollarından az ola bilməz. Əvvəlki qaydada isə yalnız məhsulun idxal dəyərinin 15 faizi tutulurdu.
Tütün məmulatlarının ölkəyə girişində də rüsum yükü artırılıb. Siqar, siqaret və siqarillalar üçün rüsum dərəcəsi 15 faiz təyin edilib. Burada minimal hədd hər min ədəd üçün 3 ABŞ dolları səviyyəsində qoyulub. İndiyədək bu məhsulların hər min ədədinə cəmi 0,5 ABŞ dolları ödənilirdi.
Sənaye xammalı sayılan polivinilxloridlə hopdurulmuş və ya üzlənmiş tekstil parçalar da yenilikdən kənarda qalmayıb. Əvvəllər 0 və ya 5 faiz dərəcəsi ilə ölkəyə gətirilən bu məhsullara indi 15 faizlik gömrük rüsumu tətbiq olunacaq.
Beləliklə, hökumət yerli istehsalı qorumaq və daxili bazarda qiymət tənzimləməsi aparmaq məqsədilə idxal rüsumlarını növbəti dörd il üçün sərtləşdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 13 Noyabr 2026 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















