Icma.az
close
up
RU
Serb prezident üçün yolun sonu: Ya həbsxana, ya siyasi sığınacaq...

Serb prezident üçün yolun sonu: Ya həbsxana, ya siyasi sığınacaq...

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bosniya və Hersoqovina məhkəməsi Serb Respublikasının prezidenti Milorad Dodik barəsində çıxarılan hökmə dair apelyasiya işinin 12 iyun tarixində araşdırılacağını elan edib. Əgər apelyasiya şikayəti rədd edilərsə, Dodik rəsmi şəkildə prezident vəzifəsindən kənarlaşdırılacaq. Bu halda, ya özünə bağlı olan güc strukturlarının köməyi ilə həbsə qarşı müqavimət göstərəcək, ya da ölkəni tərk edərək siyasi sığınacaq axtaracaq. 

Qaynarinfo xəbər verir ki, artıq mətbuatda Macarıstan xüsusi təyinatlılarının Serb Respublikasına daxil olması və prezidentə Macarıstana keçid üçün yardım göstərəcəyi barədə məlumatlar yayılıb.

Bosniya məhkəməsinin bu həftə apelyasiya tarixini açıqlaması təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də diqqət çəkib. Xatırladaq ki, fevral ayında məhkəmə Milorad Dodiki dövlət quruluşunu pozmaq ittihamı ilə bir il həbs və altı il müddətində siyasi fəaliyyət qadağası ilə cəzalandırmışdı. O, Konstitusiya Məhkəməsi və beynəlxalq nümayəndə ofisinin qərarlarına məhəl qoymamaqda ittiham edilir.

Prezidentin sərt bəyanatı: "Bizi dramatik vəziyyət gözləyir"

Hazırda Moskvada beynəlxalq təhlükəsizlik konfransında iştirak edən Milorad Dodik Serb Respublikasının dövlət televiziyasına verdiyi müsahibədə bildirib:

"Əgər məhkəmə əvvəlki qərarı təsdiqləyərsə, ölkə dramatik vəziyyətə düşəcək. Serb Respublikası elə qərarlar verəcək ki, bu qərarlar Bosniya rəhbərliyinin xoşuna gəlməyəcək".

Bu açıqlama Dodikin öz siyasi mövqeyini qorumaq üçün Serbiyanın dəstəyinə arxalandığını və bölgənin faktiki olaraq Bosniyadan ayrılma prosesini davam etdirməyə hazır olduğunu göstərir.

Parlament artıq Bosniya dövlət orqanlarının Serb Respublikası ərazisində fəaliyyətini yasaqlayan qanunlar qəbul edib. Yeni bir konstitusiyanın qəbul edilməsi təşəbbüsü irəli sürülüb ki, bu da Serb Respublikasını "serb xalqının dövləti” statusuna gətirəcək və ona öz ordusunu qurmaq və ayrılmaq hüququ verəcək.

Macarıstan ssenarisi: Alternativ çıxış planı

Britaniyanın "The Guardian" qəzeti və bir sıra Balkan mediasının yaydığı məlumatlara görə, son həftələrdə təxminən 300 nəfərlik macar xüsusi təyinatlısı təlimçi adı altında Serb Respublikasına səssiz şəkildə daxil olub. Onların məqsədi ehtiyac yaranacağı təqdirdə, Dodikin həbsi zamanı onu ölkədən çıxararaq Macarıstana keçməsinə yardım göstərməkdir. Eyni zamanda, prezidentin ailəsinin də xarici diplomatlarla Dodikin vəzifədən getməsi və mühacirətə yollanması məsələsində danışıqlar apardığı bildirilir.

Bosniya parlamentinin üzvü Damir Maşiç bu barədə belə deyib: "Milorad Dodikin yalnız iki çıxış yolu var: ya həbsxana, ya da siyasi sığınacaq".

Regionda siyasi təzyiq artır

Qərb diplomatları da macar xüsusi təyinatlılarının Banqa Luka şəhərində mövcudluğunu təsdiqləyir. "Kommersant" qəzetinin Belqraddakı mənbələri bildirir ki, bu hadisələr Serbiya prezidenti Aleksandar Vuçiç və Macarıstanın baş naziri Viktor Orbanın razılığı olmadan baş verə bilməzdi. Dodikin hazırda Serbiyaya rəsmi keçid məntəqələrindən kənar daxil olması, orada uzun müddət qalmasının isə riskli hesab olunması onun vəziyyətinin nə qədər mürəkkəb olduğunu göstərir. Belqradda lüks villa alışı ilə bağlı korrupsiya ittihamları çərçivəsində Britaniya xüsusi xidmət orqanlarının onu izlədiyi də vurğulanır.

Dodik üçün real seçimlərdən biri Macarıstana sığınmaqdır – orada ailəsinin evi olduğu bildirilir. Digər ehtimal isə onun tez-tez səfər etdiyi Rusiya ola bilər. Hər bir halda, prezidentin ətrafındakı dairə daralır.

Fransa və Almaniya da bu vəziyyətə reaksiya verərək, Avropa İttifaqı ölkələri arasında qeyri-rəsmi bir sənəd - "Bosniya və Herseqovinada konstitusiya quruluşunun pozulmasına cavab tədbirləri" adlı sənədi dövriyyəyə buraxıblar. Burada həm Serb Respublikasına qarşı sərt sanksiyalar, həm də Milorad Dodikin və digər rəhbərlərin beynəlxalq təcrid olunması təklif olunur. Bosniya məhkəməsinin apelyasiya qərarından sonra bu sənədin aktuallığının daha da artacağı gözlənilir.

Qeyd edək ki, Bosniya və Herseqovina iki qurumdan - Bosniya və Herseqovina Federasiyası (Xorvat-müsəlman) və Serb Respublikasından ibarətdir. Onların arasında beynəlxalq idarəçilikdə olan Brcko rayonu yerləşir. Hökumət sistemində üç əsas xalq təmsil olunur: boşnaklar (islam slavyanları), xorvatlar (katoliklər) və serblər (pravoslavlar). Hər bir qurumun öz konstitusiyası və icra orqanı var.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 May 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri