Sərbəst güləş üzrə U 23 millimiz dünya dördüncüsü olub
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub.
Sonuncu yarış günündə sərbəst güləş üzrə millinin daha bir üzvü fəxri kürsüyə qalxıb.
Ali Tsokayev (86 kq) gürcüstanlı Tornike Samxaradzeyə tam üstünlüklə qalib gələrək bürünc medala sahib çıxıb.
Beləliklə, sərbəst güləş millimiz mundialı 1 dəst medalla başa vurub. Xatırladaq ki, ötən gün Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb.
Yığmamız 84 xalla komanda hesabında 4-cü yeri tutub və ön pillədəki Yaponiyadan cəmi 1 xal geri qalıb. ABŞ (137) birinci, İran (127) isə ikinci olub.
Bu mövzuda digər xəbərlər:Sərbəst güləş üzrə U 17 millimiz Vətənə qayıdıb
17 İyun 2025 09:26
Sərbəst güləş millimiz Avropa çempionu oldu
16 İyun 2025 05:03
Gəncədə sərbəst güləş üzrə turnir keçirilib
01 Noyabr 2025 19:54
Sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib
07 Dekabr 2024 18:38
Baxış sayı:66
Bu xəbər 27 Oktyabr 2025 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















