Sərbəst güləş millimiz Qubada toplanışa başlayıb
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, oktyabrın 11-də startı verilən hazırlıq prosesi 2 həftə davam edəcək. 24 oktyabr - 1 noyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyan toplanışda taktika və texnikanın təkmilləşdirilməsinə üstünlük veriləcək. Fiziki gücün və dözümlülüyün artırılması üçün məşqlər də proqramda nəzərdə tutulub.
Dünya çempionatının son hazırlıq prosesində baş məşqçi Xetaq Qazyumov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında aşağıdakı güləşçilər iştirak edir:
57 kq: İslam Bazarqanov, Muhəmməd İsmayılov, Hüseyn Hüseynov
61 kq: Nürəddin Novruzov, Camal Abbasov, Muhəmmədəli Əlizadə
65 kq: Rəşid Babazadə, Əli Rəhimzadə, Ruslan Abdullayev
70 kq: Kənan Heybətov, Zirəddin Bayramov, Hacı Kərimov
74 kq: Turan Bayramov, Murad Yevloyev, Musa Verdiyev
79 kq: Cəbrayıl Hacıyev, Fərid Cabbarov, Sahib Dadaşov
86 kq: Arseniy Djioyev, Muradxan Omarov, Əşrəf Aşırov
92 kq: Ali Tsokayev, Osman Nurmaqomedov, Abubakr Abakarov
97 kq: Maqomedxan Maqomedov, Rəvan Musayev
125 kq: Giorgi Meşvildişvili, Yusif Dursunov, Muxamad Qantemirov
Toplanışın keyfiyyətini və sparrinq sayını artırmaq məqsədilə böyük məşqçi Əşrəf Əliyev və məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında U20 milli komandanın daha 12 üzvü də hazırlıq prosesinə cəlb edilib.
Qeyd edək ki, mundialda sərbəst güləş üzrə yarış oktyabrın 29-dan noyabrın 1-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 12 Oktyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















