Serbiya prezidentinə qarşı sui qəsd cəhdində şübhəli bilinənlər ƏLƏ KEÇDİLƏR
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Serbiya hüquq-mühafizə orqanları ölkə prezidenti Aleksandr Vuçiçə qarşı sui-qəsd cəhdi hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti açıqlama yayıb.
"Daxili İşlər Nazirliyinin əməkdaşları D.R.-i (1975-ci il təvəllüdlü) və M.R.-i (1983-cü il təvəllüdlü) həbs ediblər. Onlar Serbiya Respublikasının konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək və silah əldə etməklə ən yüksək dövlət orqanlarını devirmək, Serbiya Respublikasının prezidentinə, onun həyat yoldaşına və uşaqlarına, eləcə də DİN əməkdaşlarına qarşı sui-qəsd cəhdində şübhəli bilinirlər", - məlumatda bildirib.
Serbiya prezidentinə qarşı sui-qəsd cəhdində şübhəli bilinənlər barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi Kralyevodakı Ali Prokurorluğa təhvil veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 24 Fevral 2026 08:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















