Icma.az
close
up
RU
Serbiyada yüzlərlə tələbə dövlət TV şirkətinin binasını blokadaya aldı

Serbiyada yüzlərlə tələbə dövlət TV şirkətinin binasını blokadaya aldı

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Bazar ertəsi axşam Belqrad şəhərində yüzlərlə etirazçı Serbiyanın dövlət teleradio yayıcısı RTS-in binasını mühasirəyə alıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Radio Slobodna Evropa" məlumat yayıb.  

RTS-in blokadaya alınmasına səbəb jurnalistin Serbiya prezidenti Aleksandar Vuçiçə verdiyi sual olub. O, etirazçı tələbələrlə bağlı "orda" terminindən istifadə edib. Bu ifadə Novi Sad şəhərində təmir olunan vağzalın damının çökməsi nəticəsində 15 nəfərin həlak olması ilə bağlı keçirilən aksiyalara münasibətdə işlədilib.  

Binanın blokadası zamanı etirazçılar içəri girişə icazə verməyib, yalnız işçilərin binadan çıxmasına şərait yaradıblar. Tələbələr bəyan ediblər ki, aksiyanı 22 saat davam etdirməyi planlaşdırırlar.  

Daxili İşlər Nazirliyi (DİN) polis və etirazçılar arasında qısa toqquşmaların baş verdiyini, bir polis əməkdaşının xəsarət aldığını bildirib. Lakin DİN nümayəndələri zor tətbiq edilmədiyi təqdirdə polisin aksiyaya müdaxilə etməyəcəyini bəyan ediblər.  

Bundan əlavə, etirazçılar Novi Sad şəhərində yerləşən Voyvodina Radio və Televiziya (RTV) binasını da blokadaya alıblar.  

Serbiya universitetlərinin tələbələri demək olar ki, hər gün mitinqlərə çıxırlar. Etirazlar Novi Sad vağzalında damın çökməsindən sonra başlayıb.  

Etirazçıların əsas tələbləri:  

- Vağzalın damının çökməsi ilə bağlı rəsmi sənədlərin açıqlanması;  

- Günahkarların məsuliyyətə cəlb olunması;  

- Aksiya iştirakçısı olan tələbələrə qarşı irəli sürülən ittihamların ləğvi;  

- Ali təhsil üçün dövlət büdcəsinin artırılması.  

Bu aksiyalar Serbiya prezidenti Aleksandar Vuçiçin on illik hakimiyyətinə qarşı ən böyük etiraz dalğasına çevrilib. Bir çox serb hökumətdəki korrupsiyanı faciəyə səbəb kimi görür.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Mart 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see292

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see252

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see234

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see217

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see195

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see188

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see181

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see177

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see166

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see154

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see153

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see153

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see146

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see146

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see145

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see143

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see139

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see138

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri