Serbiyalı nazir: “Rusiya hər zaman...”
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Belqrad hər zaman Moskva üçün yaxın dost olaraq qalır".
"Cebheinfo.az" xəbər verir ki, bunu Serbiya beynəlxalq iqtisadi əməkdaşlıq üzrə naziri Nenad Popoviç bildirib.
Onun sözlərinə görə, Serbiya Rusiyanı sevir, onun uğurlarına sevinir və çətinliklərinə narahat olur.
Nazir qeyd edib ki, Rusiya hər zaman Serbiyanı beynəlxalq platformalarda dəstəkləyib, Serbiya isə Avropada Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən yeganə ölkə olaraq qalır.
O, Serbiyanın Moskva, Sankt-Peterburq, Soçi və Kazana müntəzəm aviareyslər təşkil etdiyini də xatırladıb.
Nazir Serbiya və Rusiya iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayaraq, bu uğurlara sevindiklərini bildirib.
"Serbiya xalqının 99 %-i həmişə Rusiyanın yanında olub və olacaq. Biz bir-birimizin çətinliklərini anlayırıq, Serbiya və Rusiya həqiqətən qardaş xalqlardır", - deyə o əlavə edib.
Popoviç Serbiyanın təkcə Avropada deyil, bütün dünyada Rusiyanın ən yaxın dostu olaraq qalacağını vurğulayıb.
Səbinə Uğur
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 22 Fevral 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















