Serbiyalı nazir: “Yüksələn neft qiymətləri fonunda…”
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mədənçilik və Enerji naziri Dubravka Dedoviç Handanoviç Serbiya hökumətinin neft və neft məhsullarının ixracına qoyulan qadağanı iyun ayının sonuna qədər uzatmaq və qiymətləri nəzarətdə saxlamaq üçün dövlət ehtiyatlarından 30 min metrik ton dizel yanacağını bazara çıxarmaq barədə qərar qəbul etdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, nazir bildirib ki, qadağa hər cür nəqliyyat vasitəsi ilə həyata keçirilən dizel yanacağı, benzin və neft ixracını əhatə edir:
“Qlobal axsamalar və yüksələn neft qiymətləri fonunda bazarımızda tədarükün sabitliyini təmin etmək üçün bu qərar yeniləndi".
Dedoviç Handanoviç rəsmilərin həmçinin dövlət rezervlərindən 30 min metrik ton dizel yanacağını satışa çıxardığını qeyd edib. Bununla da bazara çıxarılan dizel yanacağının ümumi miqdarı 65 min metrik tona çatıb.
Serbiya hökuməti ölkə daxilində qıtlığın qarşısını almaq və qiymətləri aşağı səviyyədə saxlamaq məqsədilə 9 mart tarixində neft və mühərrik yanacağı kimi istifadə edilən bütün neft məhsullarının ixracını müvəqqəti olaraq qadağan etmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:215
Bu xəbər 30 Aprel 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















