Serbiyalı ulduzun atası Türkiyə klublarının adını çəkdi
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
''Milan''ın forvardı Luka Yoviç karyerasını Türkiyədə davam etdirə bilər.
''Football-plus.az'' xəbər verir ki, ona ''Beşiktaş'' və ''Trabzonspor'' kimi Türkiyə nəhəngləri maraq göstərir. Bu arada təcrübəli futbolçunun atası onun Türkiyə klublarının maraq dairəsində olduğunu təsdiqləyib. Ata Yoviç Serbiya mətbuatına bunları deyib:
''Bəli, ''Beşiktaş'' və ''Trabzonspor'' Lukaya ciddi maraq göstərir. Amma mənim fikrimi bilmək istəyirsizsə, onun ''Milan''da qalması daha yaxşı olardı. Hərçənd yayda klubda hansı dəyişikliklərin olacağını bilmirik. Ciddi dəyişikliklər baş versə, bizim də ayrılmaqdan başqa çarəmiz qalmayacaq''.
Bu mövsüm o, 9 rəsmi oyunda cəmi 200 dəqiqə oynamaq fürsəti qazanıb və 2 qol vurub. Maraqlıdı ki, bu qollar A seriyasının son iki turuna təsadüf edib.
Əslində Yoviç hələ ötən yay Türkiyəyə gələ bilərdi. Menecerlər onu ''Fənərbaxça''ya təklif etmişdilər. Amma Joze Mourinyo bu futbolçuya yox, Ən-Nəsiriyə üstünlük vermişdi.
Bu mövzuda digər xəbərlər:Rafinya onların adını çəkdi
25 Mart 2025 23:00
Zelenski Putinlə görüş üçün üç ölkənin adını çəkdi: Türkiyə, İsveçrə və...
21 Avqust 2025 11:56
İran Türkiyə də daxil olmaqla 3 ölkənin adını çəkdi: Bazalarınızı vurarıq
15 Yanvar 2026 10:29
Putin bəyəndiyi liderin adını çəkdi
22 Dekabr 2024 13:04
Sonadək Nəcməddin Sadıkovun adını çəkdi...
30 İyul 2025 18:39
Baxış sayı:69
Bu xəbər 09 Aprel 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















