Icma.az
close
up
RU
Serbiyanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Serbiyanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan ilə Serbiya respublikaları Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən görüşdə qeyd edilib ki, Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında bağlanmış müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş, ikitərəfli hərbi əməkdaşlıq planları, eləcə də strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi üzrə aparılmış müzakirələr iki ölkə arasında müdafiə əməkdaşlığının inkişafında mühüm mərhələdir.

Qarşılıqlı səfərlərin və keçirilən bu cür görüşlərin Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın gücləndirilməsinə xüsusi töhfə verdiyi qeyd olunub. Həmçinin ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində həyata keçirilmiş bir sıra tədbir və təlim-məşqlərin tərəfdaşlığımız üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycan və Serbiya arasında dostluq münasibətləri səmərəli müdafiə diplomatiyasının nümunəsidir və bölgələrimizdə, eləcə də onun hüdudlarından kənarda sülh və sabitliyə töhfə verir. Sonra “Əməliyyatların planlaşdırılması” mövzusunda brifinqlər təqdim olunub, geniş müzakirələr aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. Qonaqlara müasir Azərbaycan Ordusunun formalaşması, həyata keçirilən islahatlar, planlama, qoşun növləri, xüsusi təyinatlı təhsil müəssisələri, döyüş hazırlığının təşkili, döyüş əməliyyatları və tətbiq edilən metodlar, eləcə də digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Sonda hədiyyələr təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri