Icma.az
close
up
RU
Sərçələrin sayı sürətlə azalır SƏBƏBLƏRİ

Sərçələrin sayı sürətlə azalır SƏBƏBLƏRİ

Lent az saytına istinadən Icma.az xəbər verir.

Avropa və Azərbaycan şəhərlərində sərçələrin sayı azalmağa davam edir. Tədqiqatçılar bildirirlər ki, bu quşlar tamamilə insandan asılıdır, lakin müasir şəhərlər artıq onlara əvvəl təmin olunan rahat həyat şəraitini vermir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki,  barədə Frankfurt Zoologiya Cəmiyyətinin eko-təhsil istiqamətinin əlaqələndiricisi, quş mütəxəssisi Anna Kuzyo danışıb.

Ev sərçəsi insanlarla o qədər uzun müddətdir yanaşı yaşayır ki, onun vəhşi təbiətdə mövcudluğu barədə heç bir yazılı məlumat qalmayıb. Bioloqlar hesab edirlər ki, sərçələr ilk əkinçi icmalar yarandığı vaxtdan insanların məskənlərinin yaxınlığında yaşamağa başlayıb və həyatlarını insan fəaliyyətinə tam şəkildə bağlayıblar.

“Keçmişdə yaşayış məntəqələrinin əksəriyyəti kənd idi və bu, sərçələr üçün ideal idi: insanlar kənd təsərrüfatı bitkiləri yetişdirir, mal-qara saxlayırdı, heyvanlar yemləndiyi üçün sərçələr üçün də daim qida olurdu”, - Anna bildirir.

Şəhərlərdə vəziyyət daha çətin olub, lakin sərçələrə atların varlığı kömək edib. Bu quşlar onların yanında yemlənib, peyindəki dənlərlə qidalanıb. Sənaye inqilabından sonra, atların yerini tamamilə maşınlar tutanda, şəhərlərdə sərçələrin sayı kəskin azalıb. Həmin dövrdə Qərbi Avropada bu quşun populyasiyasının azalması barədə ilk elmi hesabatlar yayılıb.

Zaman keçdikcə sərçələr avtomobillərlə dolu beton şəhərlərə uyğunlaşsalar da, Avropanın bir çox şəhərlərində onların sayı yenidən azalır. Alimlər bunu bir neçə səbəblə izah edirlər:

1. Müasir tullantı sistemi qida əldə etməyi çətinləşdirib

Qapalı tullantı qabları və bağlanmış paketlər sərçələrə yem qalıqları tapmağa imkan vermir. Göyərçinlərdən fərqli olaraq, sərçələr sərt qablaşdırmanı deşə bilmir.

2. Yuva yerlərinin olmaması

Sərçələr koloniya şəklində yaşayır və onlara oyuqlar, yarıqlar və ya çubuqlardan ibarət yığınlar lazımdır. Müasir binalar isə elə tikilir ki, sərçələr orada yuva qura bilmir.

3. Alçaq boylu bitkilərin yox olması

Sərçələr yerə yaxın uçur və kollar, alçaq bitkilər onların təbii şəhər ekosisteminin əsas hissəsidir. Ərazilər abadlaşdırıldıqda kollar kütləvi şəkildə təmizlənir, onların yerinə dekorativ ağaclar əkilir və sərçələr yaşayış mühitini itirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see402

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see346

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see241

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see229

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see206

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see205

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see205

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see203

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see197

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see189

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see182

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see181

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see177

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see170

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see168

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see163

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see161

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see154

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri