Icma.az
close
up
RU
Sərdar Cəlaloğlu: ABŞ Azərbaycan münasibəti əvvəlkindən tam fərqli olacaq

Sərdar Cəlaloğlu: ABŞ Azərbaycan münasibəti əvvəlkindən tam fərqli olacaq

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Donald Trampın xarici siyasətində bir prinsip var: Bayden administrasiyası ilə yaxınlıq etmiş dövlətlərə qarşı mənfi münasibət, Bayden hökuməti ilə müəyyən konflikt və ya ziddiyyətdə olmuş dövlətlərlə daha yaxın münsibət. Azərbaycanın Bayden hakimiyyəti ilə bir çox problemləri var idi, tərəflər yola getmirdi. Hətta Bayden administrasiyasının son vaxtlarında bizdə güclü anti-Amerika əhvalı yaranmışdı, bu da adıçəkilən administrasiyasının məkrli və ikili siyasəti ilə bağlı idi. Ermənistan-Azərbaycan məsələsində Bayden açıq ermənipərəst mövqe tuturdu və bu da münasibətlərdə problem yaradırdı. Eyni zamanda müəyyən daxili məsələlərdə Bayden anti-Azərbaycan münasibəti sərgiləyirdi. Qısası, Bayden Amerikası ilə Azərbaycan arasında açıq qarşıdurma var idi. ABŞ seçkiləri ərəfəsində Azərbaycan prezidenti də Donald Trampın qalib gələcəyinə dair müəyyən proqnoz demişdi. Bu da onu göstərir ki, Tramp dövründə Azərbaycan siyasəti Bayden dövründəkindən tamamilə fərqli qurulacaq”.

Bunu “Reytinq” qəzetinə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu son günlər ABŞ və Azərbaycan arasındakı təmasları şərh edərkən deyib.
Onun fikrincə, yeni ABŞ-nın administrasiyası ilə Azərbaycan arasında münasibətlər daha çox dostluq və əməkdaşlıq istiqamətində olacaq: “Ancaq ən ciddi məsələlərdən biri də ABŞ-nın İran siyasətində Azərbaycanın yerinin və rolunun müəyyən edilməsidir. Hazırda husilərə ciddi hücumlar olur və əsas məqsəd İranın sonuncu proksi qüvvələrini sıradan çıxarmaqdır. Azərbaycan bölgədə əhəmiyyətli mövqedə yerləşir. Əgər Amerika İranla bağlı hansısa siyasət aparacaqsa, bu zaman Azərbaycanın möbqeyini öyrənmək, Azərbaycandan dəstək almaq və s. məsələlər gündəmə gələ bilər”.
S. Cəlaloğlu düşünür ki, Bayden administrasiyasından fərqli olaraq Trampın hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətləri normal şəkildə davam edəcək.
Y. QACAR
Reyting.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 Mart 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri