Sərdar Cəlaloğlu Fazil Mustafanı DEBATA ÇAĞIRDI
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Milli Məclisin sədri Sahibə Qafarova və Slavyan Universiteti barəsində dedikləri ciddi ajiotaj yaradıb.
Bakıvaxtı.az xatırladır ki, bir çox parlament üzvü bu ittihamlara görə S.Cəlaloğlunu sərt tənqid edib. ADP sədrinə cavab verənlər arasında deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da var. F.Mustafa dəfələrlə siyasi qarşıdurma yaşadığı S.Cəlaloğlunu “İrançı şəbəkənin ruporlarından biri” deyərək, ittiham edib və bildirib ki, ona qarşı sui-qəsd edənlər məhkəmə prosesində əsas arqumentlərdən biri kimi Sərdar Cəlaloğlunun onun barəsində dediklərini əsas gətiriblər.
Fazil Mustafanın ittihamları barədə Bakıvaxtı.az-a açıqlamasında Sərdar Cəlaloğlu bu barədə fikir bildirməyə ehtiyac görmədiyini deyib və bunu söyləyib:
“Amma istəsə, istənilən telekanalda onunla debata çıxmağa hazıram”.
Aydın Baxış
Baxış sayı:67
Bu xəbər 08 İyul 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















