Icma.az
close
up
RU
Sərdar Cəlaloğlu məntiqsiz danışır Fazil Mustafadan cavab

Sərdar Cəlaloğlu məntiqsiz danışır Fazil Mustafadan cavab

Icma.az, Modern.az saytına istinadən bildirir.

“MediaTürk” TV-nin efirində Heydər İsmayılın təqdimatında yayımlanan “Gündəm Masada” verilişinin qonağı olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bir sıra diqqətçəkən fikirlər səsləndirib.

Sərdar Cəlaloğlu Əli Kərimlinin vaxtilə müavini olmuş və hazırda Milli Məclisin deputatları olan - Fazil Mustafa, Qüdrət Həsənquliyev və Əli Məsimlinin adlarını çəkərək onların da istintaq prosesinə cəlb edilməli olduğunu iddia edib. Partiya sədri bu şəxslərin vaxtilə Əli Kərimlinin maliyyələşdirilməsinin təmin edilməsi və onunla Ramiz Mehdiyev arasında rabitəni təmin etdiklərini qeyd edib.

Sərdar Cəlaloğlunun barəsində dedikləri haqda Modern.az-a danışan deputat Fazil Mustafa bildirib ki, 2000-ci ildən Əli Kərimli və ətrafı ilə heç bir əlaqədə olmayıb:

“Əli Kərimli ilə son 21 ildə yaxınlığı olanlara baxmaq lazımdır. Bizim 2000-ci ildən sonra bu adam və onun yaxın çevrəsi ilə ilə heç bir kontaktımız, əlaqəmiz olmayıb. Ona görə də kimlər daha yaxın çevrəyə aiddirsə, onlar bunu edə bilərlər. İstintaq kimləri dəvət edərsə, onlar da yeni dövrlə bağlı ittihamlara uyğun ifadə verərlər.İstintaqın yerinə kiminsə özünü məsul, borclu sayması doğru əlamət deyil. İstintaq özü kimlərin ifadə üçün hansı sifətdə dəvət olunmasına qərar verir. Amma on minlərlə-yüz minlərlə adamlar hərəkatda olub, yaxud eyni təşkilatda olub, bunların hamısını istintaqa çağırmağın bir mənası yoxdur. Son 20-25 ildə kimlərin əlaqəsi olubsa, baxarlar, yəqin ki, məqsədəuyğun bilsələr həmin şəxsləri çağırıb ifadələrini alarlar”. 

F.Mustafa Sərdar Cəlaloğlunun barəsində işlətdiyi fikirləri məntiqsiz olduğunu deyib:

“Bundan sonra, hər hansı məsələni soruşanda ağlı başında olan adamlardan soruşun. Məntiqsiz fikirdir. Kimsə deyə bilər ki, kiminsə vasitəsilə nəsə baş verib. Mən sizə deyirəm, 2000-ci ildən sonra bu adamla əlaqəmiz olmayıb. Hətta Lalə Şövkətin barışıq əldə edilməsi istiqamətində televiziyada təşəbbüsü oldu, onda belə barışmadıq. O vaxtdan heç bir əlaqəmiz yoxdur. İndi biz o vaxt deputat olmamışıq. Kiminsə əlində təkzibolunmaz faktlar varsa, onu deyə bilərlər, amma, kiminsə hansısa təşkilatda bir yerdə olub, əlaqəsi olmasını demək absurddur. Yüz minlərlə adam bir təşkilatda olub. Hər bir adam təşkilatın ayrı-ayrı üzvünün fəaliyyətinə görə məsuliyyət daşımır ki… Bu bizə aid olacaq məsələ deyil. Kimsə adımızı hallandırırsa, ölkədə onlarla adam  bu və ya digər formada kimlərinsə adını hallandırır.  Bu o demək deyil ki, onu ciddiyə almaq lazımdır. Bu tip məsələlərdə belə yanşmanı düzgün qəbulm etmirəm. İstintaqın öz funksiyası var, kimi məsləhət bilsələr, şübhəli, ya da şahid kimi istənilən adamı dəvət edə bilərlər. İstintaqın əvəzinə kiminsə tövsiyə verməsi absurddur və açığı bunun mənasını anlamaq çətindir. Niyə belə tövsiyə verilməldir? İstintaqın əlində bütün məlumatlar var və istədikləri kimi hərəkət edəcəklər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see300

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri