Icma.az
close
up
RU
Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb Özü açıqladı

Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb Özü açıqladı

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Milli Məclisin sədri Sahibə Qafarova və Slavyan Universiteti (BSU) ilə bağlı səsləndirdiyi fikirlər ölkədə geniş müzakirələrə səbəb olub. O, Sahibə Qafarovanın BSU-dan gəldiyi üçün Rusiyanın maraqlarına xidmət etdiyini, universitetin isə dil tədrisi adı altında Kremlin maraqlarını müdafiə edən mərkəz kimi fəaliyyət göstərdiyini iddia edib. Səsləndirilən bu ağır ittihamlar parlament üzvlərinin sərt reaksiyası ilə qarşılanıb və Sərdar Cəlaloğlu kəskin tənqid olunub.

BSU ADP sədrini bu cür kəskin ittihamlara görə məhkəməyə verə bilərmi? Bu iddianın ortaya çıxması təsadüfdür? Sərdar Cəlaloğlunda xüsusi məlumat var, yoxsa bu sözləri güman kimi deyib?

Xatırladaq ki, S.Cəlaloğlunun bu iddia və ittihamlarına Milli Məclis üzvlərində bir neçəsi cavab verib.

Böyük Quruluş Partiyasının rəhbəri, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa özünün Facebook hesabında məsələyə münasibət bildirərkən ADP sədrini “peşəkar böhtançı” adlandırıb.

Deputatın fikrincə, burada söhbət sadəcə böhtandan getmir, uzun illər siyasi həyatda olan və az-çox kitab mütaliəsi ilə seçilən bir siyasətçinin axtarıb tapdığı bu qədər bəsit, səfeh bir arqumentdən gedir.

O xatırladıb ki, Sahibə Qafarova əvvəllər Qərb Universitetində prorektor vəzifəsində çalışıb. Deputat deyib ki, gərək Sərdar Cəlaloğlu söyləyəydi ki, öncə spiker Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib:

“Demək ki, bu böhtançının düşüncəsinə görə Bakı Slavyan Universiteti Rusiyanın “arxa bağçası” imiş və orada kim çalışmışsa, oxumuşsa dolayı yolla Rusiyaya xidmət edib.

Fazil Mustafa

O halda Azərbaycan Dillər Universiteti hansı statusda olur? ABŞ imperializminə, yaxud alman ideologiyasına, Fransa mədəniyyətinə xidmət edənlərin məkanımı? Yaxud mənim kimi on minlərlə insanın məzun olduğu Bakı Dövlət Universiteti vaxtilə Kirov adına Azərbaycan Dövlət Universiteti adlanırdı, bu məntiqsizliyə görə bəlkə bizlər də oraya Kirova, dolayı yolla Sovet Rusiyasına olan gizli rəğbətimizə görə daxil olmuşuq? Bəs Sərdar Cəlaloğlunun illər öncə məzunu olduğu Tibb Universiteti necə? Dünya orqan köçürmə mafiyasına mütəxəssis yetişdirən bir məkan olmasın?”.

Globalinfo.az-a danışan Sərdar Cəlaloğlu bununla bağlı bəzi məsələlərə aydınlıq gətirib. Partiya sədrinin sözlərinə görə, o yalnız mətbuatda yayımlanmış və rəsmi şəkildə təkzib edilməmiş məlumatlar əsasında fikir bildirib:

“Primakovla bağlı inşa müsabiqəsi, universitetin divarındakı Azərbaycan ədiblərinə həsr olunmuş mozaikanın sökülməsi və digər məsələlər mətbuatda dərc olunmuş məlumatlardır. Parlamentin sabiq sədri Oktay Əsədovla bağlı, o cümlədən Moskva ətrafında 50 milyonluq istirahət mərkəzi aldığına dair yayılan məlumatlar da mətbuatda yer alıb. Həmin məlumatlar rəsmi qaydada təkzib edilmədiyi üçün onları real hesab edirəm.

Bundan əlavə, Rusiya tərəfindən Azərbaycan dövlətinə yönələn hücumlara Milli Məclis üzvlərinin, eləcə də parlament rəhbərliyinin münasibət bildirməməsi də mövqeyimin formalaşmasına təsir göstərib”.

Globalinfo.az-a danışan “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov qeyd edib ki, səsləndirilən fikirlər düzgün yanaşma deyil:

“BSU-da təkcə rus dili yox, polyak, çex və digər slavyan dilləri də tədris olunur. Eyni zamanda, ölkəmizdə ingilis və fransız dillərində təhsil verən kifayət qədər ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu baxımdan “BSU Rusiyanın maraqlarına xidmət edir” fikrini əsaslı hesab etmirəm”.

Sahib Məmmədov

Hüquqşünas əlavə edib ki, universitet hüquqi şəxs kimi işgüzar nüfuzuna xələl gətirdiyini və böhtan xarakterli olduğunu düşündüyü ifadələrlə bağlı məhkəməyə müraciət edə bilər:

“Dövlət ali təhsil müəssisəsi olsa da, öz reputasiyasını qorumaq hüququna malikdir. Lakin hesab edirəm ki, məhkəmə çəkişməsi arzuolunan deyil. Məncə, səsləndirilən həmin fikir universitetin nüfuzuna ciddi xələl gətirə bilməz. Çünki hazırda universitetə rəhbərlik edən şəxs vaxtilə Böyük Britaniyanın Azərbaycandakı səfirliyində çalışıb, Qərb təhsili alıb və Rusiya ilə hər hansı əlaqəsi yoxdur. Bu səbəbdən Sərdar Cəlaloğlunun bu məsələdə səsləndirdiyi fikirlərlə razı deyiləm. Ölkəmizdə Xarici Dillər Universiteti də daxil olmaqla müxtəlif xarici dillərdə təhsil verən ali məktəblər fəaliyyət göstərir və həmin iddianı əsaslandıracaq kifayət qədər arqument görmürəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 İyul 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri