Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Sərdar Cəlaloğlu Azərbaycandakı ruspərəstlərin adlarını açıqladı

Sərdar Cəlaloğlu Azərbaycandakı ruspərəstlərin adlarını açıqladı

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ramiz Mehdiyevin Rusiyanın adamı olması, Azərbaycanda Rusiyanın maraqlarına uyğun siyasət aparması, kadrların seçilməsində və s. aktiv rol oynadığı hamıya məlumdur. Burada gizli bir şey yoxdur”.

Bu sözləri “Unikal”a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ötən gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O bildirib ki, Ramiz Mehdiyev işlədiyi dövrdə özünə yaxın olan məmurlara xüsusi imtiyazlar verib:

“Sual oluna bilər ki, Ramiz Mehdiyev niyə bu günə qədər məsuliyyətə cəlb olunmurdu? Məsələ burasındadır ki, Azərbaycan tarazlaşdırılmış siyasət aparırdı. Avropadan və Amerika Birləşmiş Ştatlarından (ABŞ) kifayət qədər dəstəyi yox idi. Azərbaycan artıq tarazlaşdırılmış siyasətdən imtina edib. Aydın məsələdir ki, birmənalı şəkildə Avropa və ABŞ-yə doğru istiqamət götürüb. 

Bir məsələyə diqqət yetirmək lazımdır ki, Ermənistanda da eyni vaxtda müxalifətə aid olan kilsədən dörd keşiş həbs edilib. Hansı ki, orada olan şəxslər Paşinyanı hakimiyyətdən devirmək istəyirlər. Bu da onu göstərir ki, ABŞ-də Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsindən sonra hər iki dövlətdə baş verən hadisələrdə ABŞ-nin maraqları nəzərə alınır. Mənə elə gəlir ki, ABŞ bu məsələdə “yaşıl işıq” yandırıb ki, Rusiyanın buradakı agentura şəbəkəsinin və adamlarının neytrallaşdırılması Azərbaycan üçün hər hansı ciddi nəticəyə gətirib çıxarmayacaq. Ramiz Mehdiyevin Rusiyanın adamı olması 1990-cı ildən amerikalılara məlum idi”, - deyə o əlavə edib.

Sərdar Cəlaloğlu vurğulayıb ki, parlamentdə, Prezident Administrasiyasında, Ordunun yüksək rütbəli zabitləri və nazirlər arasında Ramiz Mehdiyevin adamları var: “Azərbaycanda bu məsələlər olduqca dərindir. Digər tərəfdən, Düşənbə görüşünü də nəzərə almaq lazımdır. Həmin görüşdən sonra bu addımlar atıldı. Ola bilsin, Düşənbədə Rusiya və Azərbaycan münasibətlərin yeni müstəvisinə çıxmaq istəyir. 

Eyni zamanda, Putinin həmin görüşdən sonra “Azərbaycan rusdilli ölkədir” deməsi – bu, Azərbaycana qarşı çox ciddi təhdiddir. Daxildə də kifayət qədər qüvvələri var. Tapşırıq veriləcəyi təqdirdə, bir çox hadisələr törədə bilərlər. Mənə elə gəlir ki, iqtidar məhz həmin səbəbdən bu addımı atır ki, Rusiya Azərbaycanın daxilində hər hansı təhlükə yaratmasın və qeyri-qanuni hərəkət etməsin. 

Ola bilməz ki, bu qədər deputatın və nazirin içərisindən bir nəfər çıxıb Prezidenti müdafiə etməsin. Misal üçün, Prezidentə İrandan, Avropadan, Rusiyadan və digər dairələrdən hücum olanda, onu biz müdafiə edirik. Halbuki, biz o hücumlarda maraqlı olmalıyıq. Lakin, biz görürük ki, millətimizin maraqlarına zidd hərəkətlər gedir. Prezidenti müdafiə edirik. Parlamentdə oturan, Prezidentin əmri ilə vəzifədə olan adamlar ağızlarını açıb dövlət başçısını müdafiə etmirlər”, - deyə o qeyd edib.

Partiya sədri Azərbaycandakı ruspərəst şəxslərin adlarını açıqlayıb: “Nəcməddin Sadıkov, “Tərtər hadisələri”ndə iştirak edən prokurorlar, hakimlər, yüksək rütbəli zabitlər... Onlar hamısı Rusiyanın adamları ola bilərlər. Bu şəxslərin sayı çoxdur. Təsəvvür edin, həmin adamlar 30 ildir Azərbaycanda fəaliyyətdədirlər. 

Bütün bunlar onu deməyə əsas verir ki, həmin şəxslər Rusiyaya bağlı adamlardır. Misal üçün, Allahşükür Paşazadə. O dəfələrlə deyib ki, ölənə qədər Putinə sadiq olacaq. Görünən kəndə nə bələdçi? Allahşükür Paşazadə açıq şəkildə etiraf edir ki, Rusiyanın maraqlarına xidmət edir. Ermənistanın və Gürcüstanın baş keşişləri də Rusiyanın agentləridir. Eləcə də, Rusiyadan orden və medal alan məmur və ictimai şəxslərlə bağlı araşdırma aparılmalıdır. Onların Rusiyanın qarşısında hansı xidmətləri olub, nəyə görə Rusiya onlara orden verib, bunlar hamısı araşdırılmalıdır.

Misal olaraq, Baş nazirin birinci müavini Yaqub Eyyubov niyə “Rusiya torpaqlarının qorunmasında xidmətlərə görə” medal almalıdır? Bu adamın Rusiya torpaqlarına nə aidiyyatı var? O, Azərbaycan Baş nazirinin müavinidir, yoxsa Rusiya Baş nazirinin? Bundan başqa, dəfələrlə Azərbaycan parlamentinin sədri olmuş Oqtay Əsədov Azərbaycandan milyonlarla pulu çıxardı, getdi Rusiyada biznes açdı. Hazırda da Moskvadadır. Deməli, bu şəxs Rusiyanın adamı olub. 

Mənə elə gəlir ki, Azərbaycan ABŞ-dən bu məsələlərlə bağlı təhlükəsizlik təminatı alıb, çünki Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı şəbəkəsinin ideoloji-siyasi rəhbəri idi. Görünür, hökumət Rusiyanın təzyiqlərindən ehtiyat edib və bu günə qədər Ramiz Mehdiyevə toxunmayıb. Bu gün isə artıq imkan yaranıb. ABŞ-dən ciddi təminatlar verilib. ABŞ Prezidenti Donald Trampın o qədər liderlərin içərisində çevrilib İlham Əliyevə salam verməsi, xüsusi qarşılaması və s. bütün bunlar dünyaya onu göstərdi ki, İlham Əliyev hazırda ABŞ-yə daha yaxın olan siyasi liderdir. Artıq Rusiya heç nə edə bilməz. Azərbaycan burada olan rus agentlərini ifşasını və həbsini təmin etməlidir. Hamı da görməlidir ki, Azərbaycanda bu günə qədər baş verən neqativ hallar bu şəxslərin təzyiqi və əli ilə olub”.

Murad İbrahimli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri