Sərdar Cəlaloğludan “Ramiz Mehdiyev işi”ndə ziddiyyətli məqam: yalan danışıb?
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Ramiz Mehdiyevin işi” üzrə məhkəmə prosesində şahid qismində ifadə verib.
Gununsesi.info xəbər verir ki, Reaksiya TV-yə danışarkən sabiq Prezident Administrasiyası rəhbərinin iclasa onlayn qoşulduğunu və onu divanda uzanmış vəziyyətdə gördüyünü bildirib.
Cəlaloğlunun sözlərinə görə, Ramiz Mehdiyev prosesi diqqətlə izləyib, replikalar verib və suallara cavablandırıb. O, Mehdiyevin zəkasında, nitqində, danışığında və qavrayışında kənardan nəzərə çarpan problem görmədiyini deyib.
Cəlaloğlu bildirib ki, vaxtilə kitabında Ramiz Mehdiyev haqqında tənqidi fikirlər yazıb.
Buna baxmayaraq, məhkəmə iclasında aralarında dialoq olmayıb: Mehdiyev sakit şəkildə prosesi izləyib və onun dediklərinə münasibət bildirməyib.
Ancaq burada maraqlı bir məqam da odur ki, bir müddət əvvəl Gununsesi.info-ya ifadə verib-verməməyi ilə bağlı açıqlama verən Sərdar Cəlaloğlu bu məlumatı təkzib edərək demişdi:
“Mən bu məsələ ilə bağlı heç bir ifadə verməmişəm”.
Onun niyə bu məsələni gizli saxlamağını maraqlı və haqlı sual doğurur.
Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.
Elmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 20 Oktyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















