Sərdar Cəlaloğlunun əsassız iddiaları ictimai rəyi manipulyasiya etmək cəhdidir Afət Həsənova
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azərbaycanda siyasi plüralizm mövcuddur və hər bir siyasətçinin öz fikrini ifadə etmək hüququ var. Lakin bu hüquq heç bir halda əsassız ittihamlar səsləndirmək, insanların nüfuzuna xələl gətirmək və cəmiyyəti yanlış təsəvvürlər formalaşdırmağa yönəltmək vasitəsinə çevrilməməlidir".
Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova bildirib.
Millət vəkili deyib ki, ADP sədri Sərdar Cəlaloğlunun Milli Məclisin sədri Sahibə Qafarova haqqında səsləndirdiyi əsassız və absurd fikirlər məhz bu baxımdan ciddi narahatlıq doğurur:
"Sahibə xanımın vaxtilə Bakı Slavyan Universitetində prorektor vəzifəsində çalışmasını Rusiyanın maraqlarına xidmət etməsi ilə əlaqələndirmək nə hüquqi, nə siyasi, nə də məntiqi baxımdan əsaslı yanaşma sayıla bilər. Belə əsassız iddialar ictimai rəyi manipulyasiya etmək cəhdi kimi qiymətləndirilə bilər.
Bu gün Sahibə Qafarovanın fəaliyyəti həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq ictimaiyyətin gözü qarşısındadır. O, Milli Məclisin sədri kimi ölkəmizi çoxsaylı beynəlxalq parlament platformalarında uğurla təmsil edir, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir və parlament diplomatiyasının daha da gücləndirilməsi istiqamətində mühüm işlər görür.
Son illərdə parlamentlərarası əlaqələrin genişlənməsi, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən fəaliyyət bunu bir daha təsdiqləyir".
Deputat bildirib ki, siyasi fəaliyyət şəxsi ehtimallar və ya əsassız ittihamlar üzərində deyil, məsuliyyət və faktlar üzərində qurulmalıdır:
"Təəssüf ki, cəmiyyətdə ciddi sosial dayağa malik olmayan bəzi siyasi qüvvələr zaman-zaman diqqət mərkəzində qalmaq üçün dövlət institutlarını və yüksək vəzifəli şəxsləri hədəf seçərək qalmaqallı bəyanatlar verməyə üstünlük verirlər. Bu isə nə siyasi mədəniyyətə, nə demokratik dəyərlərə, nə də sağlam siyasi rəqabət prinsipinə xidmət edir.
Hesab edirəm ki, Azərbaycan cəmiyyəti artıq populist çıxışlarla, sensasiya yaratmağa hesablanmış əsassız ittihamlar arasında fərqi aydın şəkildə görür. Vətəndaşlar konkret nəticələrə, dövlət maraqlarına xidmət edən fəaliyyətə və məsuliyyətli siyasətə üstünlük verirlər.
Siyasi mübarizə aparmaq istəyən hər bir qüvvə bunu qarayaxma kampaniyaları ilə deyil, real proqramlar, cəmiyyət üçün faydalı təşəbbüslər və dövlətin inkişafına xidmət edən təkliflərlə etməlidir. Demokratik rəqabətin əsas prinsipi də məhz bundan ibarətdir.
Əminəm ki, dövlət institutlarının nüfuzunu əsassız ittihamlarla sarsıtmağa yönəlmiş cəhdlər heç bir nəticə verməyəcək. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, parlament diplomatiyasının inkişafı və milli maraqlarımızın beynəlxalq müstəvidə müdafiəsi bundan sonra da ölkəmizin əsas prioritetlərindən biri olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 08 İyul 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















