Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Sərdar Cəlaloğlunun övladları: “Onlara atalıq edə bilməmişəm!”

Sərdar Cəlaloğlunun övladları: “Onlara atalıq edə bilməmişəm!”

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Onlar siyasət meydanında deyil, amma bir çox hallarda diqqət mərkəzində olurlar. Ataları və ya anaları ölkənin taleyüklü məsələlərində önə çıxanda, onların özü də cəmiyyətin maraq dairəsinə düşürlər. Söhbət siyasətçi övladlarından gedir: onlar kimdir, nə işlə məşğuldurlar, valideynlərinin nüfuzu onların həyat yoluna necə təsir edib?
Azərbaycan siyasi səhnəsində Sərdar Cəlaloğlunun özünəməxsus yeri var. Sərdar Cəlal oğlu Məmmədov 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində ziyalı ailəsində anadan olub. İxtisasca məhkəmə-tibbi ekspertidir.
O, siyasətə 1980-ci ildə gizli fəaliyyətlə gəlib. 1985-ci ildən isə açıq siyasi fəaliyyət göstərməyə başlayıb.

Sərdar Cəlaloğlu 1988-1990-cı illərdə Naxçıvan Xalq Cəbhəsinin təsisçilərindən biri və İdarə Heyətinin üzvü olub. 1991-ci ildə Sülhəddin Əkbərlə birgə Naxçıvanda Azərbaycan Demokrat (ADP) Partiyasının Təşəbbüs Qrupunu yaradıb və onun rəhbəri seçilib.

Siyasi fəaliyyətinə görə, bir neçə dəfə həbs olunub. Evlidir. Dörd övladı, üç oğlu, bir qızı var. Həyat yoldaşı Fatma Məmmədova ibtidai sinif müəlliməsidir.

Modern.az saytı “Siyasətçi övladları” rubrikasında Sərdar Cəlaloğlunun uşaqlarından bəhs edir.

Onun kiçik oğlu istisna olmaqla, digər övladları xaricdə yaşayırlar.

“Böyük oğlum Tural Sankt-Peterburqda Rusiya Daxili İşlər Nazirliyinin Akademiyasının Hüquq fakültəsində təhsil alıb. Daha sonra Birləşmiş Millətlər Təşkilatı onu Norveçə miqrasiya edib. 2003-cü ildən ailəsi-övladları ilə orada yaşayır. Onlar Norveç vətəndaşıdırlar.
Həmin il ortancıl oğlum Cəlal mən həbsdə olanda Ali Diplomatiya Kollecinin 4-cü kursunda oxuyurdu, onların həyatına təhlükə olduğundan İngiltərə səfirliyinin köməyi ilə bu ölkəyə mühacirət etdi. Daha sonra orada Sheffield Universitetində beynəlxalq münasibətlər və beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə ali təhsil aldı. Səhhətində ciddi problemlər olduğuna görə, öz ixtisası üzrə işləmir. O da evlidir, uşaqları var. Hazırda İngiltərədə yaşayırlar.

Qızım Tülay da ailəlidir, iki övladı - bir qızı, bir oğlu var. O, Tibb Universitetinə qəbul olunmuşdu, ailə qurduğuna görə ikinci ildən universitetə getmədi, sonradan elə oldu ki, onun həyat yoldaşına mənim kürəkənim olduğuna görə təzyiqlər oldu. Onu işdən çıxardılar, incitdilər. Onlar da məcbur oldu İngiltərəyə köçdülər. Hər ikisi İngiltərə  vətəndaşıdır. Nəvələrim orada dünyaya gəliblər, İngiltərə vətəndaşlarıdır.
Yanımda bircə kiçik oğlum Cavid qalıb. O, Təfəkkür Universitetinin Maliyyə-kredit fakültəsini bitirib. Daimi iş yeri olmasa da, dövrü işlərdə çalışır. Ailəlidir, 2 oğlu var. Onun böyük oğlu bu il ABŞ-ın Florida şəhərindəki Aerokosmik Mühəndislik İnstitutuna qəbul olunub, hazırda ABŞ-də ali təhsil alır. Kiçik oğlu orta məktəbdə oxuyiur”, - Sərdar Cəlaloğlu deyib.

Siyasətçi övladlarına ata qayğısı göstərə bilmədiyini söyləyib:

“Mənim böyük oğlum deyirdi ki, “ata, sənin nə vaxtsa, bizim əlimizdən tutub kinoya, parka gəzməyə aparmağın yadındadır?”. Xalq hərəkatına qoşulandan sonra başım o qədər qarışıq oldu ki, uşaqlarla bir valideyn kimi məşğul ola bilmədim. Onlara daha yüksək mərtəbələrə qalxmaları üçün dəstək verə bilmədim. Öz gücləri hesabına irəlilədilər. Başqa valideynlər kimi onları repetitor yanına qoymadım. Onlara məktəbdə mənə görə təzyiqlər olurdu. Ortancıl oğlum məktəbdə oxuyanda 4 dil - rus, ingilis, ərəb və Azərbaycan dillərini keçirdi. Rübün sonunda üç dildən “5”, ana dilindən isə “2” almışdı. Bu uşağın ərəb, ingilis, rus dillərindən “5” alıb, ana dilindən “2” alması mənə təəccüblü gəldi. Onda həmin məktəbin direktoru deputat idi, gedib ondan bunun səbəbini soruşdum. O da dedi ki, get, müəllimlə maraqlan. Müəllim yaşlı bir qadın idi. Mənə dedi ki, sənin uşağın bilmir “2” alıb, mən neyləyim, ingilis dilini yaxşı oxuyub, ana dilini oxumayıb. Dedim ki, oxumayıbsa, xahiş edirəm löhvəyə qaldırın, suallar verin. Mənim yanımda oğluma 20 dəqiqə ərzində müxtəlif suallar verdi. Uşaq bütün sualları düzgün cavablandırdı. Müəllim dedi ki, onsuz da xeyri yoxdur. Soruşdum ki, niyə? Cavab verdi ki, onsuz da biz gələn rübdən latın qrafikasına keçirik, bu uşaq latın qrafikasında yaza bilməyəcək. Dedim, siz nə danışırsınız, mən buna latın qrafikasını da öyrətmişəm, çıxarın löhvəyə görüm, hansı cümləni yaza bilmir. Müəllim bir-iki cümlə verdi, baxdı ki, uşaq hamısını yazır. Dedim müəllimə, bəs “2”yə layiq uşaq belə olar? Müəlllim qısa-konkret mənə cavab verdi ki, siz hökumətə müxalifətçilik edirsiniz, uşağınızla maraqlanmırsınız-filan. Dedim ki, mənim müxalifətçiliyimlə uşağıma qeyri-qanuni “2” verməyin nə kimi əlaqəsi var? Niyə uşağımdan intiqam alırsınız?
Böyük oğlumla bağlı da çağırmışdılar ki, xuliqanlıq edir, müəllimə cavab qaytarır. Mən də belə bir şeyi qəti götürmürəm, atam da, həyat yoldaşı da müəllim olub. Müəllimə böyük hörmətim var. Müəllim ailəsində böyüdüyümə görə, bilirəm ki, müəllim nə deməkdir. Oğlumdan soruşdum ki, nəyə görə müəllimə cavab qaytarırsan? O da cavab verdi ki, mənə dərsin ortasında, uşaqların yanında “atan küçələrdə sülənir, sən də bizim məktəbə gəlib dərs oxuyursan” dedi. Sona da əlavə etdi ki, mən də ona "sən özün süləksən",- dedim və üzr də istəməyəcəm. Onda direktorun yanına getdim, dedim ki, birincisi, mənim müxalifət olmağımın müəllimə nə aidiyyəti var, ikincisi də ki uşağın yanında məni niyə təhqir edir, mən uşağıma nə deyim? 

Yəni bizə görə uşaqlarımıza məktəbdə də, cəmiyyətdə də çox böyük təzyiqlər oldu. Sonradan çıxdılar getdilər xaricə. Mənim uşaqlarım üzərində heç bir zəhmətim olmadı. Buna heç imkanımız da olmadı. Bütün günü küçələrdə, meydanlarda, orada-burada təşkilat yarat, həbsxanalara düş... Belə bir həyat yaşamışıq. Mən başqa valideynlərdən fərqli olaraq uşaqlarıma valideyn haqqımı verməmişəm. Onlar mənimlə birgə vaxt keçirməkdən, istirahət etmək imkanlarından məhrum olublar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:355
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri