Icma.az
close
up
RU
Sərdar Cəlaloğlunun spikerə ittihamlarına Fazil Mustafadan sərt reaksiya

Sərdar Cəlaloğlunun spikerə ittihamlarına Fazil Mustafadan sərt reaksiya

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa ADP sədri Sərdar Cəlaloğlunun Milli Məclisin sədri Sahib Qafarovanın Rusiyanın adamı olmasına dair ittihamlarına cavab verib.

Gununsesi.info komitə sədrinin qeydlərini təqdim edir:

Siyasi mühitimizdə böhtançı kimliyi ilə tanınan ADP sədri Sərdar Cəlaloğlu ilə dəfələrlə sərt qarşıdurmalarımız olub. Uzun illər öncəyə dayanan normal insani münasibətləri nəzərə alaraq bir çox hallarda atdığı böhtanlara əhəmiyyət verməsəm də, İrançı şəbəkənin ruporlarından birinə çevrildiyi məqamlarda onun görüşlərinə qarşı dəfələrlə sərt açıqlamalarla çıxış etmişəm. Maraqlıdır ki, şəxsimə qarşı məzhəb faşistlərinin törətdiyi terror hadisəsi ilə bağlı keçirilən məhkəmə prosesində terrorçular müdafiə üçün əsas arqumentlərdən biri kimi Sərdar Cəlaloğlunun şəxsimə atdığı böhtanlara baş vururdular. Bu barədə “Cəhalət gülləsi, aydınlıq çiləsi” adlı kitabımda da ətraflı bəhs etmişəm. Bu gün isə Milli Məclisinin sədri Sahibə xanım Qafarova haqqında Sərdar Cəlaloğlunun bir ay öncə verdiyi vidio-müsahibədə və bu çıxışın “TikTok” sosial şəbəkəsindəki kəsintisində səsləndirdiyi fikirlər qarşıma çıxanda qətiyyən təəccüblənmədim. Peşəkar böhtançının bu dəfəki hədəfi yalnız ali dövlət vəzifəsində çalışan bir siyasətçi deyil, həm də elm xadimi olan ziyalı bir Azərbaycan xanımı idi. Sərdar Cəlaloğlu bildirirdi ki, Sahibə xanım Qafarovanın sədr seçilməzdən öncə Bakı Slavyan Universitetində prorektor olaraq çalışdığına görə Rusiyanın maraqlarına xidmət etdiyi qənaətindədir. O, həmçinin Slavyan Universitetini Rusiyanın maraqlarını açıq şəkildə müdafiə edən bir mərkəz kimi xarakterizə edib və həmin ali təhsil ocağından olan bir şəxsin Milli Məclisə sədr seçilməsini narahatlıq doğuran məsələ olduğunu vurğulayıb. Burada söhbət sadəcə böhtandan getmir, uzun illər siyasi həyatda olan və az-çox kitab mütailəsi ilə seçilən bir siyasətçinin axtarıb tapdığı bu qədər bəsit, səfeh bir arqumentdən gedir. Maraqlıdır ki, bu təhsil müəssisəsində çalışmazdan öncə Sahibə xanım Qafarova paytaxtımızda yerləşən Qərb Universitetində prorektor vəzifəsində olub. Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib. Demək ki, bu böhtançının düşüncəsinə görə Bakı Slavyan Universiteti Rusiyanın “arxa bağçası” imiş və orada kim çalışmışsa, oxumuşsa dolayı yolla Rusiyaya xidmət etmişdir. O halda Azərbaycan Dillər Universiteti hansı statusda olur? ABŞ imperializminə, yaxud alman ideologiyasına, Fransa mədəniyyətinə xidmət edənlərin məkanımı? Yaxud mənim kimi on minlərlə insanın məzun olduğu Bakı Dövlət Universiteti vaxtilə Kirov adına Azərbaycan Dövlət Universiteti adlanırdı, bu məntiqsizliyə görə bəlkə bizlər də oraya Kirova, dolayı yolla Sovet Rusiyasına olan gizli rəğbətimizə görə daxil olmuşuq? Bəs Sərdar Cəlaloğlunun illər öncə məzunu olduğu Tibb Universiteti necə? Dünya orqan köçürmə mafiyasına mütəxəssis yetişdirən bir məkan olmasın ha…

Sahibə xanımın özkeçmişi ilə tanış olan hər bir vicdanlı insan təsdiq edər ki, o, dürüst və obyektiv bir ziyalı xanım olmaqla yanaşı, öz ixtisası üzrə ən savadlı alimlərdən biridir. Parlamentə sədr seçiləndən sonra bütün beynəlxalq platformalarda Azərbaycanı yüksək intellektual qabiliyyəti ilə layiqincə təmsil edir. İndi hansısa axmaq çıxıb söyləsə ki, rus dilində bu cür mükəmməl səviyyədə danışırsa, demək Rusiyaya yaxındır, ingilis dilində öz ana dili səviyyəsində çıxış edirsə, görüşlər keçirirsə, beynəlxalq təşkilatların tədbirlərinə sədrlik edirsə o halda ABŞ-a və ya Avropa Birliyinə yaxındır, bu iddiaları ciddi qəbul edənlərin ağlından şübhə etməzsinizmi?

Dəfələrlə bu cür şəxslərin böhtanlarına məruz qalmış və anında alın açıqlığıyla cavablarını vermiş bir siyasətçi kimi burada təəssüfləndiyim bir məqam da var. Tez-tez söyləyirik ki, Azərbaycanda qadınların siyasi həyatda, dövlət vəzifələrində sayı azdır, yaxud da rolları aşağıdır. Ardınca da biriləri utanmadan, çəkinmədən açıq-aşkar böhtan olduğunu bildiyi halda ölkəni layiqincə təmsil edən bir siyasətçi xanıma qarşı bu cür qarayaxmaya baş vurursa, bu hallar bəri başdan xanımlarımızın siyasi aktivliyini, cəsarətini əngəlləyən amilə çevrilir. Kiminsə siyasi platformasını, baxışlarını qəbul etməmək normal bir təzahürdür, ancaq yüzlərlə müəllimin çalışdığı, tələbənin təhsil altığı hansısa bir təhsil ocağını töhmət altında buraxmaq qətiyyən əxlaqlı davranış sayıla bilməz.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 İyul 2026 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri