Serdar Ortac haqqında yeni qərar
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədə qanunsuz mərc oynamağa təşviq etməkdə ittiham olunan məşhur müğənni Serdar Ortacın ev dustaqlığı ləğv olunub.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, müğənninin vəkili Esennur Ezgi ev dustaqlığı şəklində məhkəmə nəzarətinin götürülməsi ilə bağlı vəsatət verərək etiraz edib.
Etirazı qiymətləndirən Ağır Cəza Məhkəməsi Serdar Ortaçın ev dustaqlığını ləğv edib.
Müğənninin məhkəməsinin dekabrın 24-də İstanbul 25-ci Cəza Məhkəməsində başlayacağı bildirilir.
Qeyd edək ki, bir müddətdir Türkiyədə qanunsuz mərc oyunları şəbəkəsi və bu sistemə qoşulmuş şəxslərə qarşı tədbirlər həyata keçirilir.

Serdar Ortac haqqında yeni qərar
27 Noyabr 2024 00:37
Serdar Ortac haqqında YENİ QƏRAR
27 Noyabr 2024 06:31
Serdar Ortac haqqında QƏRAR VERİLDİ
27 Noyabr 2024 00:52
Serdar Ortac kimdir? Bir zamanların milyonçusu, sağalmaz dərdə düşən qumarbaz
19 Dekabr 2024 20:17
Serdar Ortaçın məhkəməsindən YENİ QƏRAR
26 Fevral 2025 12:16

