Öləndən sonra mahnılarımı yaşadın Serdar Ortac
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məşhur müğənni Serdar Ortaç etdiyi açıqlama ilə sevənlərini duyğulandırıb.
Lent.az xarici mediaya istinadla məlumat verir ki, uzun illərdir MS (dağınıq skleroz) xəstəliyi ilə mübarizə aparan sənətçi, səhhətinə eyham vuraraq pərəstişkarlarına səslənib:
“Yaxında ölüb gedəcəyəm. Mənə söz verin, öləndə bu mahnıları yaşadın. Bunlara mən sağ ikən klip çəkmədilər, geniş kütlələrə çatdırmadılar. Hamı batmağım üçün əlindən gələni etdi, amma 35 ildir hələ də ayaqdayam”.
1970-ci il fevralın 16-da İstanbulda anadan olan Serdar Ortaç, türk pop musiqi sənətçisi, mahnı müəllifi və bəstəkarıdır. O, 1994-cü ildə çıxan "Karabiberim" albomu ilə böyük uğurlar qazanaraq, türk pop musiqisinin ən əhəmiyyətli adlarından birinə çevrilib.
Karyerası boyunca Ortaç çoxsaylı hit mahnılar yazıb və səhnə performansları və çıxışları ilə tez-tez xəbər başlıqlarına çıxıb. Uzun illərdir dağınıq skleroz (MS) xəstəliyindən əziyyət çəkən sənətçi musiqi fəaliyyətini davam etdirir.
Sevda Rumi
Baxış sayı:105
Bu xəbər 07 Aprel 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















