Icma.az
close
up
RU
Şərəfli tariximizin yeni səhifəsi: Zəfər yolu və Böyük Qayıdış

Şərəfli tariximizin yeni səhifəsi: Zəfər yolu və Böyük Qayıdış

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Silahlı Qüvvələrimizin peşəkarlığı sayəsində Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu böyük Zəfər nəticəsində 10 noyabr tarixli Üçtərəfli Bəyanata əsasən, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.Müharibənin yekunları, yalnız ərazilərimizin azad olunması ilə deyil, həm də Azərbaycanın milli qürurunun və ərazi bütövlüyünün bərpası ilə tarixə yazıldı. Prezident İlham Əliyevin liderliyi ilə dövlətimiz bölgədə sülh və sabitlik təmin etmək üçün fəal siyasət yürüdərək, Ermənistanı milli maraqlarımızı tanımağa məcbur etdi. 1992-ci ildən işğal altında olan Laçının azad olunması isə bu Qələbənin ən parlaq səhifələrindən biri oldu.Laçın, strateji əhəmiyyəti ilə yanaşı, xalqımız üçün dərin mənəvi və tarixi önəmə malik bir bölgədir. 1992-ci ildə bu rayonun Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində 60 mindən çox insan öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı. İşğalçı ölkə Laçını qanunsuz məskunlaşdırdı və bölgənin tarixi irsini sistematik şəkildə məhv etdi. Eyni zamanda, sülh danışıqlarında Laçının “dəhliz” kimi Ermənistana verilməsi tələb olunurdu.Prezident İlham Əliyevin bu tələblərə qarşı qətiyyəti və prinsipial mövqeyi nəticəsində 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Ermənistanın bu cür iddialarını birdəfəlik bitirdi. Ermənistan ordusunun Laçını tərk etməsi və rayonun qan tökülmədən azad edilməsi xalqımıza qürur və sevinc bəxş etdi.İşğaldan sonra Laçın tamamilə dağıdılmış və istismar olunmuş vəziyyətdə Azərbaycana qaytarıldı. Qəsbkarlığın izləri hər yerdə hiss olunur. Dini və mədəni abidələrimiz məhv edilmiş, ərazilərimiz minalanmışdır. İşğaldan azad olunan ərazilərdə basdırılmış minalar səbəbindən bu günədək 240-dan çox vətəndaşımız həyatını itirmiş və ya yaralanmışdır.Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti Laçında genişmiqyaslı quruculuq işlərinə start verdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində Laçında müasir infrastruktur yaradılır, yeni yollar, yaşayış binaları, iaşə müəssisələri inşa edilir. Bu proses çərçivəsində keçmiş köçkünlərin öz doğma yurdlarına qayıdışı uğurla həyata keçirilir.Bu gün Laçın, yalnız quruculuq meydanı deyil, həm də milli qürurun dirçəlişinin simvoludur. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa etdi və bu tarixi ədalətsizliyə son qoydu. Laçın yüksəkliklərində dalğalanan Azərbaycan Bayrağı xalqımızın birliyini, iradəsini və gələcəyə inamını əks etdirir.Bir vaxtlar ümidlərimizin solduğu, həsrət qaldığımız bu torpaqlarda bu gün başıuca, qürurla gəzirik. Laçın, Azərbaycanın gücünün, dövlət siyasətinin və xalqın sarsılmaz iradəsinin bariz nümunəsidir. Bu tarixi Zəfər, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaqdır.

Rəşad Mahmudov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Noyabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri