Icma.az
close
up
RU
Tarixi Zəfər, ədalət və Böyük Qayıdış

Tarixi Zəfər, ədalət və Böyük Qayıdış

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin 28 may tarixində Laçında keçirilmiş tədbirdə qeyd edib ki, 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa edib. Ancaq Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirmişdir. Müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq bir gecə içində vəhşicəsinə öldürülmüşdür. Müstəqillik elan olunandan yeddi ay sonra isə Laçın erməni işğalına məruz qalmışdır. Ondan əvvəl Şuşa şəhəri işğal olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti ondan sonra da davam etdirilmişdir. Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, qaçqın-köçkün həyatına başlamışdır.

Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. O dövrdə ölkəmizdə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, xalqımızın tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi. Bu dəhşətli faktları nəzərə alaraq mədəni hüquqların və bütövlükdə mədəni irsin qorunması ölkəmizdə xüsusi əhəmiyyət kəsb edən sahələrdəndir.
Ermənistanın silahlı təcavüzü və 20 faiz Azərbaycan ərazisinin işğalı nəticəsində on minlərlə Azərbaycan vətəndaşı həlak olmuş, güllə və qəlpə yaraları nəticəsində müxtəlif dərəcəli əlilə çevrilmiş və şikəst olmuşdur. Bununla yanaşı, təcavüz nəticəsində yüz minlərlə vətəndaş doğma yurdundan didərgin düşərək öz hüquq və azadlıqlarından məhrum edilmiş, məcburi köçkün halına düşmüş, ölkədə fövqəladə humanitar vəziyyət yaranmış, minlərlə azərbaycanlı indiyədək hələ də itkin düşmüş hesab edilir. Ermənistanın işğal olunmuş ərazilərdə törətdiyi ağır cinayətlərdən biri də ekoloji cinayətlərdir. Silahlı təcavüzün başlanmasından ötən müddət ərzində işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri də talan edilmiş, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilmiş, regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulmuşdur.
Beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir. Azərbaycanın torpaqları işğaldan azad edilib, ərazi bütövlüyü bərpa olunub. Məcburi köçkünlər dövlətimizin başçısının gərgin əməyi nəticəsində öz doğma torpaqlarına qayıdırlar.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyun 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see349

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see307

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see299

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see291

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see239

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see237

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see232

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see215

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see193

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see180

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see177

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see177

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see174

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see174

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see173

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri