Sergen Yalçından Fənərbağçaya məsləhət: Onu istəyən olsa, yanına bir futbolçu da qatın, verin
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şərhləri ilə tez-tez gündəm yaradan baş məşqçi Sergen Yalçın "Fənərbağça" klubuna transferlə bağlı məsləhət verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, vaxtilə "Beşiktaş"da oynayan Anderson Talişka ilə 32 milyon avroluq təklif gəldiyi iddia olunan hücumçu Yusuf En-Nesyri ilə bağlı maraqlı fikir səsləndirib.
Sergen Yalçın "Kafa Sports"aı deyib ki, Talişkaya 13 milyon avro ödəmək "olmaz: "Mən ona o qədər pulu vermərəm. "Beşiktaş"da oynayan Talişka ilə indiki Talışka arasında fərqi görmürsünüz?
Düzdür, yaşı çox da irəliləməyib, ancaq 13 milyonluq deyil. Və ən əsasəı, onun transferi komandada tarazlığı pozar! Qaldı En-Nesyri üçün gələn təkliflərlə bağlı iddialara, inanın, əgər ona və hətta Tüqrkiyədə istənilən bir oyunçuya 32 milyon avroluq təklif gəlsə, düşünmədən yanına bir futbolçu da qatın, verin getsin. Tam səmimi deyirəm. Türkiyədə hazırda o qiymətə oyunçu yoxdur, hələ En-Nesyri... Güldürməyin insanları..."
Fərid Aslan
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 21 Noyabr 2024 00:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















