Sergen Yalçının yeni iş yeri bəlli oldu
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyəli tanınmış futbol mütəxəssisi Sergen Yalçının yeni iş yeri müəyyənləşib.
Metbuat.az xəbər verir ki, bir müddət öncə İstanbulun “Beşiktaş” klubunun baş məşqçisi vəzifəsindən ayrılan Yalçın DÇ-2026-nın davam etdiyi müddətdə Candaş Tolqa Işıkın "YouTube" kanalında şərhçi kimi çıxış edəcək. Təcrübəli mütəxəssis çempioaant dövründə keçiriləcək qarşılaşmaları digər tanınmış futbol adamları ilə birlikdə dəyərləndirəcək. Verilişdə Okan Buruk, Arda Turan, Nuri Şahin, Emre Belözoğlu, Acun Ilıcalı, Caner Erkin, Hamit Altıntop və Şenol Güneş də yer alacaqlar.
Qeyd edək ki, Sergen Yalçının rəhbərliyi altında “Beşiktaş” ötən mövsüm Türkiyə Superliqasını 4-cü pillədə başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 19 İyun 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















