Icma.az
close
up
RU
Sərhəd döyüşlərinin şəhidlik salnaməsi

Sərhəd döyüşlərinin şəhidlik salnaməsi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətən uğrunda canını qurban verib şəhidlik zirvəsinə yüksələn oğullarımız qəlbimizdə əbədi yaşayacaqlar. Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada şəhid məzarlarına rast gəlməyək. 6 il əvvəl bu günlərdə baş vermiş Tovuz döyüşləri də qəhrəmanlıq salnaməsinin yeni səhifəsini yazdı. Düşmənin irimiqyaslı təxribatının qarşısı alınarkən ordumuzun yüksək və kiçik rütbəli 12 hərbçi şəhid olaraq Vətənə sonsuz sədaqət nümunəsi göstərdilər.

2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlərdə ön xətdə döyüşərək şəhid olan general-mayor Polad Həşimov Azərbaycan hərb tarixində döyüş zamanı şəhid olmuş ilk general kimi tarixə düşdü. O, tabeliyində olan şəxsi heyətlə birlikdə ön mövqedə döyüşür, əsgərlərini arxadan deyil, ön xətdən idarə edirdi. Xidmət etdiyi bütün dövr ərzində sadəliyi, peşəkarlığı, şəxsi nümunəsi və əsgərlərinə göstərdiyi qayğı ilə xalqın böyük rəğbətini qazanmışdı. Məhz bu xüsusiyyət Polad Həşimovu cəmiyyətin yaddaşında “xalqın generalı” kimi yaşatdı. Onun şəhidliyi cəmiyyət tərəfindən böyük hüznlə qarşılandı, eyni zamanda, xalqın milli həmrəylik və vətənpərvərlik ruhunu daha da gücləndirdi. Prezident İlham Əliyevin Sərəncamı ilə Polad Həşimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Onun Vətənə, xalqa olan sevgisi və döyüş meydanındakı şücaəti gənc nəsillər üçün örnəkdir.

3-cü Ordu Korpusunun Artilleriya rəisi polkovnik İlqar Mirzəyev də Tovuz döyüşlərində şəhid oldu. O, uzun illər Azərbaycan Ordusunda xidmət etmiş, peşəkarlığı və yüksək təşkilatçılığı ilə seçilmişdi. İlqar Mirzəyev də ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Onun şəhidliyi bir daha göstərdi ki, Azərbaycan Ordusunun zabit korpusu Vətənin müdafiəsini yalnız əmrlər verməklə deyil, şəxsi nümunə, peşəkarlıq və fədakarlıqla həyata keçirir. Polkovnik İlqar Mirzəyevin qəhrəmanlığı və şəhidliyi Azərbaycan hərb tarixində zabit şərəfinin, komandir məsuliyyətinin və Vətənə sonsuz sədaqətin rəmzidir.

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, “Aprel” döyüşlərinin iştirakçısı Namiq Əhmədov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Doğulub boya-başa çatdığı Qazaxın Yuxarı Salahlı kəndində böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mayor Anar Novruzov da Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olub. Son nəfəsinə qədər döyüşən komandir döyüş yoldaşlarının xatirələrində hər zaman şəxsi heyətin təhlükəsizliyini öz həyatından üstün tutan, məsuliyyətli və cəsur komandir kimi xatırlanır. O, ömrünün 26 ildən çoxunu Azərbaycan Ordusunda xidmətə həsr etmiş, ön xətt bölgələrində qazandığı zəngin döyüş təcrübəsi ilə silahdaşlarının böyük hörmətini qazanmışdı.

Tovuz istiqamətində başlanan ağır döyüşlər zamanı baş leytenant Rəşad Mahmudov ön mövqedə düşmənin hücumlarının qarşısının alınmasında fəal iştirak etmiş, qəhrəmancasına şəhid olmuşdu. Şəhid zabit doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dəfn edilmişdir.

Gizir İlqar Zeynallı döyüşlərin ən ağır anlarında silahdaşları ilə birlikdə mövqeləri müdafiə edərkən şəhid olub. Ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi igidliyə görə dövlət təltiflərinə layiq görüldüb. Şəhid gizirin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Tovuz döyüşlərində çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgərlər Xəyyam Daşdəmirov, Elçin Mustafazadə, Nazim İsmayılov və gizir Yaşar Babayev də Vətən uğrunda canlarından keçdilər. İgid hərbi qulluqçular düşmənin intensiv artilleriya atəşi və silahlı hücumları qarşısında mövqeləri tərk etməyərək dövlət sərhədinin müdafiəsini təmin etdilər. Onların fədakarlığı nəticəsində düşmənin hücum cəhdləri dəf edildi, Azərbaycan Ordusunun döyüş ruhu və qələbə əzmi bütün dünyaya nümayiş etdirildi.

Şəhidlərin hər biri doğulduqları bölgələrdə böyük ehtiramla son mənzilə yola salındılar. Onların xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadıqları şəhər və rayonlarda anım tədbirləri keçirildi, təhsil aldıqları məktəblərdə xatirə guşələri yaradıldı, küçə və digər obyektlərə adları verildi. Döyüşlərdə xüsusi şücaət göstərən hərbi qulluqçular orden və medallarla təltif edildilər.

Döyüşlərin başa çatmasından dərhal sonra şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Şəhid ailələrinə qanunvericilikdə nəzərdə tutulmuş bütün sosial təminat mexanizmləri operativ şəkildə tətbiq edildi, onlara pensiya və müavinətlər təyin olundu, mənzil və fərdi evlə təminat, məşğulluq, tibbi və psixoloji dəstək kimi sosial xidmətlərin əhatə dairəsi genişləndirildi.

Hər il Tovuz döyüşlərinin ildönümündə onların məzarları ziyarət olunur, doğulduqları rayonlarda anım tədbirləri keçirilir və gənc nəslə onların qəhrəmanlıq yolu nümunə kimi təqdim edilir.

M.KAMAL
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri