Icma.az
close
up
RU
Şəhidlik ölmək deyil!

Şəhidlik ölmək deyil!

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbayçanın zəfərini bizlərə yaşadan cəsur hərbçilərimiz haqda nə qədər yazsaq, onların misilsiz xidmətlərinin yanında yenə də azdır, yetərsizdir. Hər şəhid valideynləri ilə görüşəndə, həmsöhbət olanda, onların təskinlik üçün, ruhlarını isidəcək söz axtarır, aciz qalıram. Amma şəhid ailələrinin də, elə bizim hamımızın da bir təsəllisi var ki, bu qəhrəmanlar canlarını Vətən yolunda qurban veriblər və Böyük Qələbə qazanmışıq. Elə Yevlax rayonunun igid övladları və 1-2 gün fərqlə fevral doğumlu olan şəhidlər – Nicat Nağıyev, Xəqani Cəmilli, Veyis İsmayılov və Cavid Kərimov haqqında yazılarıma da bu hisslərlə başladım...

Raisə ana deyir ki, hər gün arzulayıram, qapını açım, 25 yaşlı çinar boylu oğlum içəri girsin, “Ana” deyib, boynuma sarılsın. Bu sözlərin qarşısında hansı sözü tapım? Ona necə təskinlik verim?

Nicat Azad oğlu Nağıyevin atası Vətən müharibəsindən 1 il əvvəl yol qəzasında dünyasını dəyişmişdi, ana 2 oğul övladıyla qalmışdı. Ailənin göz yaşı hələ qurumamışdı. Müharibə başlananda isə Nicat könüllü cəbhəyə qoşulmaq istədi, lakin qardaşı Rəşad xəstə olduğuna görə onu geri qaytardılar. Amma o, Vətəni ailəsindən daha üstün tutdu və təkidlə döyüşlərə atıldı.

Nicat 1995-ci il fevralın 21-də Yevlax rayonunun Əcəmi kəndində anadan olub. Təhsilini Əcəmi kənd orta məkəbində alıb. 2013-cü ildə hərbi xidmətə çağırılıb. Füzuli rayonundakı “N” hərbi hissəsində xidmətdə ikən baş atıçılıq kursunu tərifnamə ilə başa vurduqdan üç ay sonra Cəbrayılın Cocuq Mərcanlı kəndində hərbi xidmətinə davam edib. Hərbi xidmətdən qayıdan Nicat kənddə təsərrüfat işləri ilə məşğul olub.

2020-ci il sentyabrın 21-də qismən səfərbərliyə qoşulan Nicat tez-tez ailəsi ilə əlaqə saxlasa da, anasına bildirmirdi yerini. Böyük ruh yüksəkliyi ilə deyirdi ki, məndən narahat olmayın, yaxşıyam, hər şey çox gözəl olacaq, tezliklə torpaqlarımızı düşmənlərdən təmizləyəcəyik. Ali Baş Komandanın dediyi kimi: onları “iti qovan kimi qovacağıq”, inşallah!

Nicat ilk günlərdə Murovdağda, daha sonra isə Tərtər və Talış istiqamətlərində gedən qızğın döyüşlərdə vuruşub. Döyüş yoldaşları danışırlar ki, Nicat həmişə savaşın ən qaynar nöqtələrində olurdu. Murovdağda döyüş yoldaşları ilə mühasirəyə də düşüblər. Dörd gün çəkən şiddətli vuruşmalardan sonra yüksəklikdən dərə yamacına tullanıb, yarğan boyunca döyüşərək mühasirəni yara biliblər. O, böyük qəhrəmalıqla, cəngavər kimi vuruşurdu.

Nicat snayperçi olub. Döyüş vaxtı onu ehtiyac olan hər yerə göndərirdilər və həmişə də sərrast atəşləri ilə düşmənlərini diz çökdürür, yerə sərirdi. Suqovuşan istiqamətində əməliyyat üzrə tapşırıqları yerinə yetirən bir neçə döyüş yoldaşı ilə qəhrəmancasına şəhid olur, əbədiyyətə qovuşur Nicat...

Şəhadətindən iki gün qabaq - oktyabrın 14-də qardaşı Rəşadla danışıb, sonra da anasına zəng vurub. Deyib ki, yaxşıyam, siz özünüzdən muğayat olun. Qismət olsa, görüşərik. Salamat qalın... Təəssüf ki, 16 oktyabr 2020-ci il tarixində bu ailə ocağının odu sönüb, tüstüsü göz acıdıb. Nicat Azad oğlunun əbədi baş qoyduğu torpaq kənddə atasının yanındadır.

Bir təsəlli də budur ki, dörd ay sonra - 17 fevral 2021-ci ildə şəhidimizin dünyaya gələn qardaşı oğlunun adını Nicat qoyublar ki, xatirəsi əbədiyaşar olsun.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Nicat Azad oğlu Nağıyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see219

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see217

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see215

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see209

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see203

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see201

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see197

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see192

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see191

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see189

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see186

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see184

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see183

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see183

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see179

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri