Icma.az
close
up
RU
Sərhəd xəttinin delimitasiyası Zəngəzurdan davam etdiriləcək? Yeni İDDİA

Sərhəd xəttinin delimitasiyası Zəngəzurdan davam etdiriləcək? Yeni İDDİA

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan mətbuatı Azərbaycan-Ermənistan sərhəd xəttinin müəyyənləşdirilməsi ilə bağlı yeni iddialar yayıb. “Hraparak” nəşri yazır ki, əvvəlcədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının Tavuş istiqamətindən davam etdiriləcəyi açıqlansa da, Azərbaycan tərəfi bu prosesin Zəngəzurdan başlanmasında israr edib.

Məlumata görə, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra proseslər sürətlənib. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı bəyanatlarından sonra delimitasiya üzrə komissiyaların təmaslarında aktivlik müşahidə olunur.

Sentyabrın 5-də Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə qarşılıqlı səfərlər baş tutub. Ermənistan XİN-in məlumatına görə, tərəflər delimitasiya, minatəmizləmə, kommunikasiya xətlərinin sinxronizasiyası, həmçinin zəruri infrastrukturun bərpası və inşası məsələlərini müzakirə ediblər.

Nəşrin yazdığına görə, görüşlər Zəngəzur vilayətinin və Azərbaycanın Zəngilan rayonunun cənub hissəsində keçirilib. Əvvəlcə helikopterlə Mehridə toplaşan nümayəndə heyətləri daha sonra Qarabağa səfər ediblər.

“Hraparak”ın məlumatına görə, görüşdə əsas müzakirə mövzusu delimitasiyanın hansı istiqamətdə davam etdirilməsi olub. Azərbaycan tərəfinin tələbi ilə qərara alınıb ki, sərhədin müəyyənləşdirilməsi Zəngəzur istiqamətindən aparılsın.

Bundan başqa, irəvan Qafan – Gorus yolunun Azərbaycanın nəzarətində olan Şurnux -Karmrakar və Gorus- Bərgüşad hissəsini ermənilərə verilməsini istəyiblər. Ancaq Azərbaycan nümayəndələri bildiriblər ki, buna ehtiyac yoxdur, çünki Ermənistan tərəfi həmin yolun alternativini artıq inşa edib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Sentyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri