Icma.az
close
up
RU
Sərhəddə TIR növbəsi: Yoxlama yolları bağladı

Sərhəddə TIR növbəsi: Yoxlama yolları bağladı

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Çindən Rusiyaya yük daşımalarının əsas marşrutlarından biri olan Qazaxıstan sərhədində minlərlə TIR-ın yaratdığı nəhəng növbələr beynəlxalq ticarəti iflic edib. 

"Cebheinfo.az" xəbər verir ki, Kommersant qəzetinin xəbərinə görə, sentyabr ayının ortalarından bəri davam edən problemin kökündə Qərb sanksiyalarına məruz qalan və “boz idxal” adlandırılan metodlarla aparılan ticarətə qarşı artan yoxlamalar dayanır. 

Xüsusilə elektronika, dron, batareya və Qərb mənşəli markalı məhsullar daşıyan nəqliyyat vasitələri hər iki ölkənin gömrük orqanları tərəfindən ciddi şəkildə yoxlanılır. Bu isə sərhəd keçid müddətlərini günlərlə uzadaraq böyük bir logistika böhranına səbəb olub. Mövcud böhranı daha da ağırlaşdıracaq bir hadisə isə Çində 1–8 oktyabr tarixləri arasında qeyd olunan “Qızıl Həftə” bayramıdır. 

Bu dövrdə Çinin Qazaxıstanla sərhəddə olan bütün avtomobil keçid məntəqələrinin bağlanacağı elan edilib. Yeni yük daşımalarının dayanması sərhəddəki yığılmanın aradan qaldırılması üçün fürsət yarada bilər, lakin mütəxəssislər bayramdan sonra toplanacaq tələbin yeni və daha böyük növbələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. 

Dəmir yolu keçidlərinin açıq qalması isə məhdud bir rahatlama təmin edəcək. Rəsmi qurumlar sərhəddə “xoş niyyətli iş dünyası” üçün heç bir maneə olmadığını iddia etsələr də, logistika sektoru nümayəndələri vəziyyətin fərqli olduğunu bildirirlər. Rəsmilər problemi lazımi sənədləri tamamlamayan “pis niyyətli” daşıyıcıların hərəkətləri ilə əlaqələndirsələr də, daşıma şirkətləri yoxlamaların həddindən artıq sərt aparılması və rəqəmsal sistemlərdəki nasazlıqların əsas problem olduğunu vurğulayırlar. 

Bəzi analitiklərə görə isə bu vəziyyət Qazaxıstanın Qərb sanksiyalarına uyğunluq siyasətini dəyişdirərək daha ciddi yanaşmağa başladığının göstəricisidir. Sərhəddəki qeyri-müəyyənlik və gecikmələr daşıma şirkətlərini alternativ marşrutlara yönəlməyə məcbur edir. Çindən Rusiyaya birbaşa keçid olan Zabaykalsk–Mançuriya sərhəd qapısı və ya Monqolustan üzərindən keçən marşrutlar əsas alternativlər arasındadır.

Lakin bu marşrutlara yönələcək böyük yük həcminin qısa müddətdə burada da oxşar növbə və gecikmələrə səbəb olacağı gözlənilir. Mütəxəssislər baş verənlərin müvəqqəti bir pozuntu deyil, bölgədəki ticarətin yeni və daha sərt yoxlamalarla aparıldığı “yeni normal” ola biləcəyi fikrindədirlər. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri