Icma.az
close
up
RU
Sərhədimizə girən 200 nəfərlik qüvvə Ermənistan onları çıxartmasa...

Sərhədimizə girən 200 nəfərlik qüvvə Ermənistan onları çıxartmasa...

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişinin müddəaları bölgədə yeni təhlükəsizlik arxitekturasının formalaşdığını göstərir. Bu kontekstdə Avropa İttifaqının Ermənistandakı “mülki müşahidə missiyasının” mövcudluğu və hüquqi əsasları ciddi suallar doğurur. Bakı haqlı olaraq bu missiyanın legitimliyini şübhə altına almış və regionda birtərəfli siyasi maraqlara xidmət etdiyini vurğulamışdı.

Paraflanmış sülh sazişində sərhədlərdə üçüncü ölkələrin qüvvələrinin olmamasını nəzərdə tutan bənd yer alıb. Bu, Aİ missiyasının fəaliyyətini həm hüquqi baxımdan qeyri-legitim, həm də funksional baxımdan əhəmiyyətsiz vəziyyətə salır.

Avropa İttifaqının “müşahidə missiyası” Ermənistanı tərk edəcəkmi, yoxsa bölgədə qalmaq üçün yeni əsaslar axtaracaq?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Vaşinqtonda paraflanmış sülh sazişində yer alan əsas məsələlərdən biri də iki ölkə sərhədlərində üçüncü ölkə qüvvələrinin yerləşməməsidir:

“2022-ci ilin oktyabrında Praqada əldə edilən razılaşmaya görə, iki ay müddətində 40 nəfərlik Aİ missiyası bölgəyə gəlməli idi. Təəssüf ki, Aİ Fransanın da təsiri nəticəsində birtərəfli qaydada bu missiyanın müddətini uzatdı, həm də tərkibini beş dəfə artırdı (təxminən 200 nəfərə çatdı). Bu da Azərbaycan tərəfindən ciddi narazılıqla qarşılandı.

Oqtay Qasımov

Rəsmi Bakının əsas tələblərindən biri məhz bu missiyanın sərhədlərdən geri çəkilməsi idi. Prinsipcə, Vaşinqton sazişi bu problemin də həllinə yol açır”.

O.Qasımovun sözlərinə görə, Ermənistan tərəfi Aİ missiyasının sərhədlərdən çıxarılması üçün tədbir görməlidir:

“Qeyd edim ki, həmin missiyanın müddətinin bitməsinə ilyarım qalıb. Ermənistan tərəfi ola bilər ki, bu kontekstdə müəyyən zəmanətlər təqdim etməklə missiyanın sərhədlərdən geri çəkilməsinə, lakin formal olaraq ölkədə qalmasına çalışa bilər. Lakin sülh müqaviləsi imzalanacağı təqdirdə, iki ölkə sərhədində əlavə qüvvənin qalmasına ehtiyac olmayacaq”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Avqust 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri