Icma.az
close
up
RU
Sərhədlər bizi qorxutmasın...

Sərhədlər bizi qorxutmasın...

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Şahanə MÜŞFİQ

Hər insanın içində heç bir atlasda təsvir olunmayan, heç bir kompasla tapılmayan, yalnız hisslə, təcrübə ilə oxunan görünməz bir xəritə var. Bu xəritənin adı şəxsi sərhədlərdir. Kimin həyatımıza nə qədər daxil ola biləcəyini, kimə hansı qapını açacağımızı, kimə yalnız pəncərədən baxmağa icazə verəcəyimizi göstərən bir sərhəd xəttidir bu.

Ancaq ən maraqlısı odur ki, insan çox vaxt özü üçün bu sərhəd xətlərini çəkə bilmir. Bir başqasının emosiyasına görə dəyişən, başqasının tələbinə görə daralan, başqasının sözünə görə böyüyən sərhədlər hesabına ən çox tapdanan yer elə özümüzün daxili torpağımız olur. Bəli, nə qədər qəribə səslənsə də...

Bəzən insan "yox" demədiyi, ya da deyə bilmədiyi üçün əzilir, üzülür, yorulur. Sanki başqasına münasibət, başqasının rahatlığı hər şeydən önə çəkilir. Kiminsə inciməməsi, kiməsə hörmətsizlik edilməməsi, ya da sadəcə bizi pis tanımamaları üçün göstərdiyimiz səylər zaman keçdikcə bizi öz içimizdə həyatımızın qonağına çevirir. Halbuki psixoloqlar da təsdiq edirlər ki, "yox" demək tərbiyəsizlik deyil, özünə dəyər verməyin ilk addımıdır.

Şəxsi sərhədlərinə sahib çıxa bilməyən insan həyatın hər anında, hər yerdə yorulur. Çünki hər kəs o sərhədləri rahatlıqla keçir, hətta zaman-zaman hərə "o torpaqdan bir qarış pay götürür". Nəticədə içdən-içə tükənirsən - həm emosional, həm sosial, həm də fiziki olaraq. Ən təhlükəlisi isə odur ki, sərhədsiz insan zamanla özünün harada başladığını, harada bitdiyini də unudur.

Sərhəd bənd deyil, qorunmaq üçün çəkilən divar da deyil. Sərhəd özünü tanımaqdır, "mən kiməm?" sualına verilən ilk cavabdır. Sərhədi olan insan öz ehtiyaclarını bilir, öz hisslərinə qarşı məsuliyyətlidir. O, başqasının duyğularını çiyinlərinə yük kimi yığmır.

Əlbəttə, bunu eqoistliklə qarışdırmaq olmaz. Öz sərhəddini bilmək və ona hörmət etmək insanı eqoist etmir. Əksinə, enerjisini, başqaları yanında hörmətini, özünə münasibətini qoruyur. Sərhədi olan insanın sevgisi daha sağlamdır, münasibətləri daha şəffafdır, emosiyaları daha təmizdir.

Heç fikir vermisinizmi, sağlam sərhədləri olan insanlar daha sakit, daha aydın görünür? Çünki onlar həyatlarını başqalarının həddindən artıq müdaxiləsindən qoruyur, onu daha təmiz saxlayırlar.

Uşaq ikən böyüklərimiz tərəfindən tərbiyə kimi bizə təlqin olunan çox şeylər, əslində, zamanla bizim öz şəxsi sərhədlərimizi tanımamağın təməlidir. İllərlə beynimizə həkk olunur ki, başqasını narahat etməmək, özümüzə narahatlıq verməkdən daha yaxşıdır. Beləcə, insan özünə yox, başqasına xidmət edən bir şəxsiyyətə çevrilir.

"Yox" sözü sərt səslənsə də, əslində çox zərif bir məna daşıyır. "Yox" demək qarşı tərəfi təhqir etmək deyil, özünü incitməməyə qərar verməkdir.

Sərhədlər özünü sevməkdən doğur. İnsan özünü sevmədikcə sərhəd çəkə bilmir. Çünki sərhəd çəkmək üçün insan gərək özünü dəyərli saysın. Özünü dəyərli sayan biri bilir ki, onun vaxtı da, enerjisi də, emosiyası da qiymətlidir. O bilir ki, başqasının xahişi mütləq yerinə yetirməli olduğu bir əmrin mətninə çevrilməməlidir. O bilir ki, "özümə lazımdır" cümləsi öz-özlüyündə kifayət qədər əsaslı bir səbəbdir. Axı başqasının gözündə yaxşı görünmək üçün özünü pis hiss etmək heç bir sağlam münasibətə yaraşmır.

Əlbəttə, "sərhədlərimi qoruyuram" adı altında kobudluq, ədəbsizlik də yolverilməzdir. Hər şeydə olduğu kimi, burada da mədəniyyəti gözləmək, sakit, aydın və nəzakətlə etiraz etməyi də bacarmaq lazımdır.

İnsan olaraq ən çox etdiyimiz və artıq normallaşdırdığımız bir davranış da özümüzün öz sərhədlərimizi tapdamasıdır. Özünə istirahət verməmək, hər şeydə özünü günahlandırmaq, özünlə çək-çevir etmək, bütün ağır yüklərin altına özünü vermək, başqası naminə özünü qurban vermək özümüzə qarşı etdiyimiz ən böyük haqsızlıqdır. Halbuki bəzən tək ehtiyacımız olan özümüzə "dayan" deməyi bacarmaqdır. Unutmaq olmaz ki, özünə qarşı mərhəmət sərhədin ana xəttidir.

Sərhədlərdən qorxmaq lazım deyil. Çünki onlar bizi daha tənhalığa aparmır, əksinə, sağlam münasibətlərə yaxınlaşdırır. Çünki bilirsən ki, sənin "mən" adında bir torpağın var. O torpaq nə qədər ki şoranlaşmayıb, nə qədər ki hər kəs ayaq basıb xarabalığa çevirməyib, sən cücərməyə davam edəcəksən.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri