Icma.az
close
up
RU
Sərhədlər niyə açılmır?

Sərhədlər niyə açılmır?

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Amma karantin rejiminin uzadılmasını sırf iqtisadi prizmadan yanaşaraq dəyərləndirmək doğru deyil. Düzdür, iqtisadi inkişafın əsas tələblərindən biri şəffaflıqdır. Gediş-gəliş, ticarət, alış-veriş, vergi və rüsum tətbiqi tam sərbəst şəkildə olmalıdır. Dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatlarında heç bir məhdudiyyətin olmadığını görürük. Quru sərhədlərin bağlı qalması ölkə iqtisadiyyatının inkişafını buxovlayır, iqtisadi artıma, qarşılıqlı iqtisadi əlaqələrə, maliyyə axınına, turizmin inkişafına əngəl yaradır. Ancaq təhlükəsizlik bunlardan daha vacibdir. Hökumətin quru sərhədlərini bağlı saxlaması ölkədə ictimai-siyasi sabitliyi qorumaq məqsədi daşıyır. Bu sahədə bizim bildiyimiz və bilmədiyimiz, açıqlanmasına lüzum görünməyən məqamlar vardır.
Prezident İlham Əliyevin keçən ilin aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda qeyd etdiyi fikirləri xatırlamaq istərdim: "Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma, eyni zamanda, açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimailəşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə məhz bunu nəzərdə tuturdum".
Dövlət başçımız əlavə etmişdi ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar görmüşük. "Başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda”,- Prezident qeyd etmişdi.
Ölkəmiz ətrafında siyasi baxımdan vəziyyət o qədər də əlverişli deyil. İstər şimal, istərsə də cənub qonşumuzda daxili vəziyyəti, Rusiya-Ukrayna müharibəsi fonunda sərhədlərin bağlı qalması hələ ki vacib hesab edilir. Ona görə də bu qərarı təəccüblə qarşılamağa ehtiyac yoxdur.

Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see254

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see247

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see208

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see197

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see195

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see195

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see180

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see178

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see178

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see171

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see166

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see163

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see159

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see159

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see156

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see156

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see147

“Real”da ciddi itki

22 Avqust 2026 10:13see147

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see147

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri