Sərhədləri aşan texnologiya: Kosmosda görün nə istehsal olunacaq
Icma.az, Milli.az saytına istinadən bildirir.
Uelsdə yerləşən "Space Forge" startapı ABŞ-ın hərbi qurumlarının dəstəyi ilə təxminən 30 milyon dollar sərmayə toplayıb. Şirkətin əsas məqsədi yarımkeçirici çiplərin hazırlanmasında istifadə olunan materialların birbaşa kosmosda çəkisizlik şəraitində istehsalıdır.
Milli.Az xəbər verir ki, süni intellekt və elektromobil texnologiyalarının sürətli inkişafı, yüksək keyfiyyətli yarımkeçiricilərə olan tələbatı ciddi şəkildə artırıb. Ancaq bu sahənin əsas materialı olan silisium artıq texnoloji imkanlarının sərhədinə çatıb.
"Space Forge" hesab edir ki, bu texnoloji tıxanıqlığı yalnız Yer atmosferindən kənarda - kosmosun unikal fiziki şəraitində aradan qaldırmaq mümkündür. Şirkətin iddiasına görə, çəkisizlik şəraitində istehsal olunan kristallar daha az defektə malik olur. Bu isə onların enerji səmərəliliyini artıraraq, kvant hesablama, müdafiə sənayesi və digər qabaqcıl texnologiyalar üçün ideal hala gətirir.
Kosmosda real çip istehsalının nə zaman başlayacağı ilə bağlı isə hələ rəsmi açıqlama verilməyib.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 05 İyun 2025 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















