Icma.az
close
up
RU
Sərhədyanı rayonların sakinləri ilə maarifləndirici görüşlər keçirilib

Sərhədyanı rayonların sakinləri ilə maarifləndirici görüşlər keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 25 iyun, AZƏRTAC

Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluğun təsdiq etdiyi birgə tədbirlər planı çərçivəsində ölkənin sərhədyanı bölgələrində hüquq-mühafizə sahəsində əməkdaşlığın gücləndirilməsi və hüquqi maarifləndirmə məqsədilə sakinlərlə görüşlər təşkil olunub.

DSX-nin Mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası, Lənkəran, Qazax, Ağstafa və digər sərhədyanı rayonlarda təşkil olunmuş görüşlərdə sakinlərə sərhəd təhlükəsizliyi və hüquqi məsuliyyət mövzularında ətraflı məlumat verilib.

Tədbirlərdə DSX, prokurorluq orqanları və müvafiq qurumların əməkdaşları, yerli icra hakimiyyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşlər zamanı dövlət sərhədinin pozulmasının qarşısının alınması, qaçaqmalçılıq hallarının ifşası, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin hüquqi nəticələri barədə əhaliyə məlumat verilib, Azərbaycan qanunvericiliyində bu cür hallara görə nəzərdə tutulan cinayət və inzibati məsuliyyət tədbirləri izah olunub.

Bildirilib ki, narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuraraq sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların sağlamlığına böyük təhlükə yaradır, həmçinin cinayətkarlığın artmasına səbəb olur. Tədbirlərin keçirilməsində əsas məqsəd yerli sakinləri maarifləndirməklə bu kimi halların qarşısının alınmasında ictimai dəstəyin artırılması, yeniyetmə və gənclərə sağlam həyat tərzinin aşılanması, vətəndaşların hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşviq edilməsi, eləcə də, dövlət təhlükəsizliyi məsələlərində vətənpərvərlik ruhunun gücləndirilməsidir.

Tədbir iştirakçıları tərəfindən dövlət qurumlarının təşəbbüsü yüksək qiymətləndirilib, birgə görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri