Icma.az
close
up
RU
Şəri tonqalda yandırıb dünyanı rəngə boyadılar Fotolar

Şəri tonqalda yandırıb dünyanı rəngə boyadılar Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hindistanda və dünyanın müxtəlif ölkələrində milyonlarla insan rənglər festivalı olan Holini qeyd edir.

“Qafqazinfo” xəbər verir ki, əsrlərdir keçirilən bu yaz bayramı qışın sona çatmasını və xeyirin şər üzərində qələbəsini simvolizə edir.

Bayram zamanı insanlar dualar oxuyur, ailə üzvlərinə və dostlarına parlaq rənglər çəkir, ənənəvi yeməklər və şirniyyatlar hazırlayırlar. Küçələrdə toplaşan insanlar bir-birlərinin üzərinə rəngli toz və su ataraq, festivalın əsas ənənəsini yaşadırlar. Festival xüsusilə Hindistanın şimal və şərq ştatlarında daha geniş qeyd olunur.

Holi hindu əfsanələrinə əsaslanır. Rəvayətə görə, Holika adlı qadın cin qardaşı oğlu Prahladı öldürməyə çalışır, çünki o, hindu tanrısı Vişnuya ibadət edirdi. Lakin Prahlad möcüzəvi şəkildə alovdan xilas olur, Holika isə yanaraq, məhv olur. Buna görə də festivaldan bir gün əvvəl tonqallar qalamaq ənənəsi var və insanların inancına görə bu mərasim pisliyin məhvini və yaxşılığın qələbəsini simvolizə edir.

Bir çox dindar Holi festivalının həm də hindu tanrıları Radha və Krişna arasındakı ilahi sevgini şərəfləndirdiyini hesab edir. Krişna ilə bağlı əfsanələrə görə, onun doğulduğu və uşaqlığını keçirdiyi şimali Hindistan şəhərlərində bayram xüsusilə rəngarəng və təntənəli keçirilir.

Festival zamanı musiqi və rəqs böyük rol oynayır. İnsanlar Holi ilə bağlı ənənəvi və film mahnılarının sədaları altında rəqs edir, uşaqlar isə dostlarına rəngli su sıçratmaq üçün oyuncaq tapançalardan və dispenserlərdən istifadə edirlər.

Bayram günlərində quru meyvələrlə hazırlanmış süd əsaslı içki olan thandai də geniş şəkildə istehlak olunur.

Holi yalnız Hindistanda deyil, həm də əhalisinin əksəriyyəti hindu olan Nepalda və dünyanın bir çox digər yerlərində böyük coşqu ilə qeyd olunur.
























Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Mart 2026 07:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri