Icma.az
close
up
RU
Şərifzadə küçəsində yol yenə qazıldı: Rəsmi qurum səbəbi açıqladı

Şərifzadə küçəsində yol yenə qazıldı: Rəsmi qurum səbəbi açıqladı

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakının Yasamal rayonunda yolun bir ay sonra yenidən qazılması sürücülərin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, söhbət A.Şərifzadə küçəsindən gedir.

Ərazidə qoyulan nişanlarda qazıntı işlərinin "Azəristiliktəchizat" ASC tərəfindən aparıldığı qeyd olunub.

Qeyd edək ki, həmin ərazidə sentyabr ayının əvvəlində də qazıntı işləri aparılmışdı.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı yolun yenidən qazılmasının səbəbi ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, ərazidə aparılan işlər payız-qış mövsümünə hazırlıqla əlaqədardır.

"A.Şərifzadə küçəsindən keçən magistral istilik xətləri köhnədir və onların hamısının eyni vaxtda dəyişdirilməsi nəqliyyatın hərəkətini iflic vəziyyətinə sala və müəyyən çətinliklərə səbəb ola bilər. Çünki həmin ərazidə nəqliyyatın hərəkəti kifayət qədər intensivdir.

Payız-qış mövsümünə hazırlıq prosesi çərçivəsində aparılan sınaq yoxlama işləri zamanı harada axıntı qeydə alınır, qəza baş verirsə, orada əməkdaşlarımız tərəfindən təmir-bərpa işləri həyata keçirilir.

Ötən ay A.Şərifzadə küçəsinin bir tərəfində xətlər dəyişdirilmişdi, indi isə digər tərəfində xətlər dəyişdirilir.

Bəzən ola bilir ki, bir dəfə aparılan sınaq yoxlama işləri zamanı xətdə hər hansı qəza baş vermir, ikinci yoxlama zamanı hansısa axıntı qeydə alınır və bu zaman yenidən təmir həyata keçirilir. Əsas məqsəd odur ki, payız-qış mövsümü ərzində qəza hadisələri olmasın və ya baş verə biləcək qəzalar minimuma ensin.

Hazırda ərazidə köhnə xətlərin dəyişdirilməsi ilə bağlı işlər aparılır. Təxminən bir həftə ərzində bu işlər yekunlaşacaq və yol yenidən nəqliyyatın ixtiyarına veriləcək", - deyə E. Basqallı bildirib.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri